Qafqazın qoynunda, Avropa ilə Asiyanın ayrıcında yerləşən Azərbaycan
çox qədim tarixə, zəngin mədəniyyətə malik bir ölkədir.
Hələ qədim dövrdən burada yaşayan əhali sənətkarlıqla məşğul olmuşdur.
İlk əvvəl daşda, dulus məmulatlarda və metalda ilkin şəkildə işlənmiş və bizim
günümüzədək gəlib çıxmış motivlər sonrakı dövrlərin təsviri sənətində, o cüm-
lədən tətbiqi sənətin müxtəlif növlərində, xalçaların ornament və kom-
pozisiyalarında öz əksini tapmışdır.
Dünyada insanın yarandığı ən qədim məskənlərdən biri olan və əsrlər
boyu yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın iqtisadi, siyasi və
mədəni həyatında mühüm rol oynayan Qarabağ bölgəsi də qədim mədəniyyət
ocaqlarından biridir.
Qarabağın əlverişli təbii coğrafi şəraiti (şirin su qaynaqları, alp çəmənlik-
ləri, sıx meşələri, hündür dağları, şəlalələri, zəngin bitki və heyvanat aləmi,
mineralları) bu bölgənin ən qədim insan məskənləri xəritəsinə daxil olmasına
səbəb olmuşdur.
Dünyada ən qədim insan məskənlərindən olan Azıx və Tağlar mağarasın-
dan (Füzuli şəhəri yaxınlığında) arxeoloji qazıntılar zamanı tapılan bir çox
əmək alətləri buna aydın sübutdur. Qarabağ bölgəsinin ən qədim sakini olmuş
Azıx adamı və onun həmdaşları ibtidai mədəniyyətin təşəkkülündə xüsusi yer
tutur.
Digər bir arxeoloji abidə olan Qaraköpəktəpə yaşayış yerindən (eradan
əvvəl V-IV minilliklər - eramızın XII-XIV əsrləri) əl ilə hazırlanan gil qablar, tunc
silahlar və başqa zərif naxışlanmış məişət əşyaları əldə edilmişdir.
Qarabağ düzlərinə yaraşıq verən yüzlərlə yaşayış məskəni olan
təpələrdən aşkar edilmiş maddi mədəniyyət nümunələri Azərbaycanla birgə
tarixdən bu günə
QARABAĞ XALÇALARI:
23
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 23
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...274