qabığından, sürməyi və göy rənglər - təbii indiqodan alınırdı.
Qarabağda təbii rənglərin boyama qabiliyyətini artırmaq məqsədilə toxucular
arasında çox tətbiq edilən zəy, duz, mal sidiyindən və başqa bərkidici mad-
dələrdən istifadə edirdilər. XIX əsrin axırlarından başlayaraq Azərbaycanın bir
çox bölgələrində olduğu kimi Qarabağda, xüsusilə Şuşada bəzən saxta boya
(sabit olmayan) ilə boyanan xalçalara da təsadüf edilirdi. Əlbəttə, Azərbaycan
xalçalarına xas olmayan bu boyaq üsulu xalçaların bədii xüsusiyyətini azaldırdı.
Qarabağ xalça sənətinin rəng xüsusiyyətlərindən biri də budur ki, xalq ustaları
tovların isti-soyuqluğunu, kontrastlılığını, rəng ahəngdarlığını, qanunauyğun-
luğunu yaxından hiss etmişlər və nəticədə göz oxşayan, xoşagəlimli rəng palitrası
yaratmışlar.
«Sehrli ilmələr» qalereyasının Qarabağ kolleksiyasına daxil olan xalçalardakı
zəngin naxış tərtibatı, rəng uyğunluğu buna bir daha sübutdur. Zəngin kollek-
siyaya malik olan qalereyada Azərbaycanın qocaman xalça ustalarının qədim
dövrlərdən bu günümüzədək yaratdıqları kompozisiyalar ənənəvi surətdə bu
günkü xalçalarda tətbiq edilirdi. Qarabağ bölgəsinin demək olar ki, bütün kom-
pozisiyaları toxucular tərəfindən yüksək peşəkarlıqla toxunur və bu sənətin sirləri
bu günkü və gələcək nəsillərə ötürülür.
Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik
olan Qarabağ xalçaları əsrlər boyu bu diyara səfər etmiş səyahətçilərin,
tədqiqatçıların diqqətini cəlb etmişdir.
Məişətə rahatlıq gətirən və gözəllik bəxş edən Azərbaycan xalçaları müxtəlif
dövrlərdə əcnəbilərin zövqünü oxşamış və onlarda alıcılıq həvəsini oyatmışdır.
Əcnəbilərin, əsasən, Amerika və avropalıların məişətinə nüfuz edən xalça və
xalça kompozisiyası əsasında toxunan tikmələr bu gün dunyanın bir çox
ölkələrində yaşayan kolleksionerlərin və muzeylərin sənət əsərləri içərisində ən
dəyərli və nadir incilər kimi saxlanılır və nümayiş edilir.
33
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 33
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...274