Birinci dövr xalça sənətinin ibtidai dövrüdür. Qarabağda toxunan palaz və ce-
cimlər bu dövrə aid edilir. Bu dövrdə toxunan xalça məmulatı bəzəksiz, saya yerli
və bir rəngli olurdu. Sonralar toxucular heyvan yunlarının təbii rənglərindən istifa-
də edərək zolaqlı palazları yaratmışlar.
Xalça sənətinin ibtidai dövrünü təşkil edən və keçirtmə üsulu ilə toxunan palaz
zolaqlarının üç bədii inkişaf forması vardır:
a) sadə zolaqlar;
b) sulu zolaqlar;
c) naxışlı zolaqlar.
Bu bədii inkişaf formaları cecimlərə də aiddir.
Ümumiyyətlə, «palaz» köçmə həyat tərzi keçirən bir qism əhali arasında və
habelə Muğanda, cecim isə Ağcabədi və Cəbrayılda geniş yayılmışdır. Adətən
palazlar dik hanalarda, cecimlər isə yer hanalarında toxunurdu.
İkinci dövr xalça sənətinin, texniki və başlıca olaraq, bədii cəhətdən inkişafının
ilk dövrüdür. Bu dövrdə sadə dolama texnikası ilə əmələ gələn «kilim» toxuma
üsulu inkişaf edir. Bu texnikanın meydana gəlməsi, xalçaların üzərində ibtidai for-
malarda sadə naxışlar toxumağa imkan yaratmışdır. Azərbaycanın bir çox böl-
gələrində olduğu kimi, Qarabağda da palaz və kilimlərdən alaçıqlarda, dəyələrdə
və eləcə də toyxanalarda, istər daxili bəzək-döşəmə, istərsə də xarici örtük kimi
istifadə olunurdu. Kilimlər əsasən Bərdə və Cəbrayılda toxunurdu.
Üçüncü dövr vərni, şəddə, zili, sumax, ladı toxuma üsulu meydana gəlməsi
dövrüdür. Mürəkkəb dolama texnikasının çox geniş yayıldığı bu dövrdə xalça
bəzəyinin mürəkkəbləşmə və müxtəlif ölçülü naxış elementlərinin inkişafı üçün
geniş imkanlar yaranmışdır.
Xalça sənətinin üçüncü dövrünü təşkil edən və mürəkəb dolama üsulu ilə əmələ
gələn şəddə və vərni xalçaları əksər hallarda maldarlıqla məşğul olan yerlərdə tox-
unurdu. Buna görə də bölgədə bu tipli xalçaların üzərində başlıca olaraq stilləşmiş
heyvan təsvirlərinə daha çox təsadüf edilir. Qarabağın dağlıq rayonlarında şəddə
və vərni toxunuşlu at, dəvə, öküz çulu, pərdə, məfrəş və s. məişət əşyalarına tez-
tez rast gəlinir. Şəddə və vərninin istehsalının mənşəyi Bərdə və Naxçıvan olduğu
güman edilir. Qarabağ bölgəsində nadir hallarda ipəkdən toxunmuş vərnilərə də
təsadüf edilir. Mürəkkəb dolama toxuma üsulu ilə toxunan zili istər toxunuşuna görə,
istərsə də bədii cəhətdən şəddə və vərniyə nisbətən daha artıq təkmilləşmişdir.
27
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 27
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...274