Fransanın, Almaniyanın, İngiltərənin, Rusiyanın və b. ölkələrin muzeylərini
bəzəyir.
Qarabağın Üzərliktəpə ərazisi Qafqazda ilk şəhərtipli yaşayış məskən-
lərindən olmuşdur. Qazıntılar zamanı məlum olmuşdur ki, hazırda hündürlüyü
6-7 m. olan Üzərliktəpədə təxminən eramızdan əvvəl II minilliyin sonunda 3,5
m. hündürlükdə yaşayış məskəni salmış sakinlər «hərəkət edən ocaq», yəni
gildən düzəldilmiş və bir yerdən başqa yerə aparılması mümkün olan man-
qalvari kürəciklərdən də istifadə etmişlər. Üzərliktəpədə artıq bu dövrdə bitki-
lərdən boyaq rəngi almağın sirlərinə bələd olmuşlar və həmin boyaqlar
vasitəsilə məişətdə işlətdikləri gil qabların bir çoxunu rəngləmişdilər. Bu məq-
sədlə onlar, başlıca olaraq iki rəngdən, qara və qırmızıdan istifadə etmişlər.
Qədim sakinlərin məişətində sümük alətlərinin də rolu az olmamışdır. On-
lar sümükdən, əsasən, toxuculuq alətləri və tikiş üçün iynələr hazırlayırdılar.
Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, yerli əhali arasında əkinçi-
lik və maldarlıqla yanaşı, toxuculuq, boyaqçılıq, dulusçuluq və metalişləmə
sahələri daha çox inkişaf etmişdir.
Qədim dünyanın mədəni mərkəzlərindən biri olan Xocalıda arxeoloji qa-
zıntılar zamanı maddi-mədəniyyət qalıqları toplanmışdır. 3-4 min il bundan
əvvəl bu ərazidə yaşayan sakinlərin həyatında sənətkarlıq əsas sahələrdən
biri kimi xüsusi yer tutmuşdur.
Qarabağın Xocavənd, Ağoğlan və başqa ərazilərindən də zəngin maddi
mədəniyyət qalıqları tapılmışdır.
Hələ antik dövrdən Qarabağda Bərdə şəhəri məşhur idi. Bərdə həm
iqamətgah, həm hərbi qala, həm ticarət mərkəzi, həm də möhtəşəm sənət-
karlıq mərkəzi olmuşdur.
IX əsr ərəb tarixçisi İbn Hövgəl Bərdə şəhərindən bəhs edərkən onu «Arra-
nın anası» adlandırmışdır. Mənbələrin verdiyi məlumata görə VII-X əsrlərdə
Bərdədə 100 mindən çox adam yaşamışdır. Şəhərdə dörd böyük bazar, xüsu-
si sənətkarlıq mərkəzləri mövcud olmuşdur. Bu dövrdə Bərdə ipəyi İrana, Xu-
zistana ixrac edilir, xüsusi sifarişlə ipək xalçalar toxunurdu.
Başqa bir müəllif Əl-Müqəddəsi isə yazırdı ki, Bərdə baş şəhər olub, bu
vilayətin Bağdadıdır. Müəllif gözəl Qarabağ xalçalarından, xüsusən misli
bərabəri olmayan «Bərdə» xalçaları haqqında məlumat verir.
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
24
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 24
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...274