yerlərdə ata böyük ehtiram olmuş və onların ata sitayiş etməsi haqda çoxlu faktlar
vardır. Altay ailəsi qəbilələrinin buğa, şir, at, pələng, qartal, əjdaha, maral, qurd
kimi totemləri - dini rəmzləri məlumdur.
Su mənşəli sayılan buğa (öküz) qüvvət və qüdrəti təcəssüm etdirən totemdir.
Buğanın qədim təsvirləri Şumerdə, Qafqaz Albaniyasında və Mərkəzi Asiyada
tapılmışdır.
Ay səcdəgahı sayılan buğa (öküz) surəti XV əsr Şirvanşahlar dövlətinin
gerbinin mərkəzini bəzəyir. Buğa surətinin ay mənşəli olmasına bir işarə olaraq
onun buynuzları bilərəkdən aypara şəklində nəzərə çarpdırılmışdır.
Qarabağ xalçalarında təsvir edilən pələng türk xalqlarının anlayışında qüvvə
təcəssümü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim Azərbaycanda,
Mərkəzi Asiyada, Altayda, Yeniseydə pələng qəbilələrin genealogiyasının
təşəkkülündə böyük rol oynamışdır və əsas totemlərdən biri idi. Pələng fiquru da
qədim Altay astronomik təqvimində yer almışdır.
Qarabağ xalçalarında rast gəlinən qartal (tərlan) günəş, işıq mənbəyi
totemidir. Türk xalqlarının incəsəntində qartal günəş, od, ildırım və şimşək hökm-
darı sayılır.
Qarabağ xalçalarında tez-tez rast gəlinən əjdaha totemi Azərbaycanda, Türk-
mənistanda, habelə Sibir ərazilərində xalqların məişətində və incəsənətində
geniş yayılmış mifik heyvandır. Əjdaha totemi insanın həyatının uğurlu keçməsi
üçün ona yardımçı olan heyvan ruhudur.
Əjdaha güclülük, çeviklik, müdriklik, uzaqgörənlik təcəssümüdür. Şaman
mərasimlərində əjdahaların həmişə irəlidə gedib yola işıq saldıqları təsəvvür
edilirdi. Qədim insanlar əjdahanın olmasına inanırdılar.
Qarabağ xalçalarında şir təsvirlərinə də təsadüf edilir. Şir Şərqdə ta qədim-
lərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunmuşdu. Şumer-
lərin müharibə Allahı qanadlı şir şəklində təsvir edilirdi.
Qədim türklərin dini əqidələrində totem görüşləri mühüm yer tuturdu. Totem-
izm ən qədim dini forma idi. Totem dedikdə qədim əcdadlarımızın bu və ya digər
heyvan, yaxud bitkiyə inamı nəzərdə tutulurdu. Totem qəbilənin rəmzi idi. Qədim
insan seçdiyi totemin qəbilə üzvlərini qorumaq iqtidarında olmasına inanırdı.
Qarabağ xalçalarında ümumi kompozisiyada əsas yer tutan və ən çox gözə
çarpan elementlər bütün xalça kompozisiyalarında olduğu kimi beş qrupa bölünür:
31
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 31
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...274