bağın bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib hissəsi sayır və bu-
rada siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Tiflisdə elan edilmiş
Ermənistan Respublikası da Qarabağa əzassız iddia irəli sürürdü. Azərbaycan
hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülh-
sevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq
üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər. Cümhuriyyət
hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də «Cavan-
şir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi
haqqında» qərar qəbul etdi. Bu vəzifəyə Xosrov paşa bəy Sultanov təyin edildi.
X.Sultanov 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı.
Ermənistan respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibət-
lərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mü-
hüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam
Mənbə : Azərbaycan tarixi
atlası. Bakı, 2007, s.46.
Xəritə №4:
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
19
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 19
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...274