10
məkanında aparıcı yer tutan “Şeyx Səfi” (ona “Ərdəbil xalısı” da deyirlər) kompozisiyalı bir – neçə xalını
(onlar London, Los-Anceles və Tehran şəhərlərində saxlanılır), Moskvanın (Rusiya) Silah palatasındakı po-
lad başlığı, bədii qalxanı və bədii parçanı, Budapeştin (Macarıstan) Dekorativ sənətlər muzeyini bəzəyən
süjetli tikməni və süjetli xalçanı (XVI əsr), Nyu-Yorkda Debenhamın şəxsi kolleksiyasında qorunan bədii
nimçəni (XVI – XVII əsrlər), elə həmin şəhərdə Tabbahın şəxsi kolleksiyasında saxlanan bədii nimçəni (XVII
əsr), Boston (ABŞ) İncəsənət muzeyində nümayiş etdirilən süjetli məxməri (XVI əsr), “Metropoliten” (ABŞ)
müzeyinin kolleksiyasındakı “Qarabağ” xalçasını (XVII əsr), “Viktoriya və Albert” muzeyindəki (London)
bədii parçaları və bədii nimçəni (XVI əsr), Parisin Dekorativ sənətlər muzeyində göstərilən bədii parça və
süjetli xalçanı (XVI əsr), Topqapı sarayı muzeyində (Türkiyə) nümayiş olunan polad başlığı və Şah İsmayı-
lın qızıl kəmərinin toqqasını, “Namazlıq” xalçasını (XVI əsr) və bədii vazanı (XVI – XVII əsrlər), Tehranın
(İran) Arxeoloji muzeyindəki ornamental xalça (XVI əsr) və s. sənət əsərlərini göstərmək olar.
Böyük ustad Sultan Məhəmməddən dərs alan Şah Təhmasibin bir xalçaçı-rəssam kimi Təbriz qrupu xalça-
larının inkişafına verdiyi töhfə də qeyd olunmalıdır. Gənc Təhmasibin bir çox xalça və bədii tikmələrin eski-
zini hazırladığı məlumdur. Saray emalatxanasında onun eskizləri əsasında toxunan yüksək keyfiyyətli xal-
çalar və parçalar dəfələrlə məbədlərə, məscid və müqəddəs yerlərə ərməğan edilmişdir. Tarix Şah Təhmasib
təxəyyülünün nəticəsi olan bir-neçə xalı, eləcə də pərdəlik ipək parçaların Kər­bəladakı İmam Hüseynin
türbəsinə hədiyyə olunduğu faktını özündə yaşadır. Ərdəbildəki “Şeyx Səfi” məqbərəsinə bağış­la­nan gözəl
xalılar, Məşhəddəki İmam Rzanın məqbərəsinə hə­diyyə kimi təqdim edilən xalı və ikiüzlü xalça-pərdələr
də Şah Təhmasibin yaradıcılığının məhsulu hesab edilir. Bundan əlavə, Şah Təhmasibin Osmanlı hökm-
darı Sultan Süleymana məktub yazıb memar Sinanın ucaltdığı məscidə (Süleyman məscidi) xalı hədiyyə
etmək niyyətini açıqlaması və məscidin ölçülərinin ona göndərilməsini xahiş etməsi də məlumdur. Az sonra
müsbət cavab alınıb və həmin xalılar vaxtında toxunaraq məscidə gön­dərilib.
Səfəvilər dövründə Təbrizdən sonra Ərdəbil ölkənin ikinci sə­nət mərkəzi sayılırdı. Bu şəhərdə tətbiqi
sənət, xüsusilə də xalçaçılığın inkişafı geniş vüsət almışdır. Fransız səyyahı Tavernyenin qədim şəhəri
ziyarətdən sonra söylədiyi “Ərdəbil təkcə hökmdar məqbərələri ilə məşhurlaşmayıb, bu şəhərə həm
də ticarət, ipəkçiliyin və xalçaçılığın inkişafı şöhrət gətirib” fikri də bunu təsdiqləyir. Odur ki, Cənubi
Azərbaycanın bir çox yaşayış məntəqələrində xalçaçılıq geniş yayılsa da, bu yerlərdə toxunan nümunələr
bilavasitə Təbrizlə yanaşı, həm də Ərdəbillə bağlıdır. Sənət tarixinə “Təbriz qrupu” kimi daxil olan xalçalar
bədii-texniki xüsusiyyətlərinə və kompozisiyalarına görə Təbriz və Ərdəbil qruplarına ayrılır.
Təbriz qrupuna “Təbriz”, “Əfşan”, “Dörd fəsil”, “Baxşayış”, “Qə­rəcə”, “Görəvan”, “Heris”, “Ovçuluq”,
“Ağaclı” və “Ləçək-turunc” kompozisiyaları, Ərdəbil qrupuna “Ərdəbil”, “Şeyx Sə­fi”, “Şahabbası”, “Sərabi”,
“Zəncan”, “Mir” və “Açma-yumma” çeş­­niləri daxildir.
Xovlu xalçalarla yanaşı özünəməxsus bədii-texniki məziy­yət­lərə malik olan xovsuz xalçalar da toxunub-
dur. Təbriz qrupuna daxil olan məntəqələrdə xovsuz xalçalardan palaz, kilim, vərni və zilinin, Ərdəbil qru-
punda isə cecim, vərni və zilinin daha çox yayıldığını söyləmək olar.
Təbriz xalçaçılıq məktəbi bu kanonlaşmış nümunələrə tapınaraq, həm də onların kompozisiya həlli, or-
nament ritmi və rəng həlli ilə səsləşən, onlarla anım yaradan digər çoxsaylı çeşni­lər­lə də zəngindir. Bunla-
rın sırasında klassik mahiyyətli “Buta”, “Balıq”, “Leyli və Məcnun”, “Bağ-behişt”, “Bağ-meşə”, “Dərviş”,
“Kə­təbəli”, “Gördəst”, “Göllü, guşəli”, “Güldanlı”, “Məşahir”, “Mui”, “Namazlıq”, “Nəcaqlı”, “Sərvistan”,
“Sərdari”, “Sə­hənd”, “Silsiləvi ləçək”, “Fərhad və Şirin”, “Xəyyam”, “Xətai”, “Həd­dad”, “Çərxi-gül”, “Cey-
ranlı” və s. kompozisiyaların adını çək­mək olar.
Böyük şöhrət qazanmasının nəticəsi idi ki, Avropada yaşayıb-yaradan rəssamlar Təbriz xalçalarını müxtəlif
mövzu­lu tabloların kompozisiyalarına daxil edirdi. XVII əsr holland rəssamı Piter Andredtin çəkdiyi “Altı
regent və evsiz kasıblar üçün sığınacağın sahibi” və Mixel van Musterin “Tomas Xis öz qohumu və zənci
qulluqçu ilə” tablolarında çeşnilərinə gö­rə Təbriz xalçalarının təsvirinə rast gəlmək mümkündür.
Məşhur flamand rəssamı Piter Paul Rubensin “Roma zəfəri” tablosunda isə “Əfşan” kompozisiyalı Təbriz
xalçasının təsviri ve­rilmişdir. “Xətai” çeşnili toxuculuq nümunəsinin İtaliyalı ta­nın­mış fırça ustası Karava-
conun “Emmausda şam yeməyi” əsə­ri­nin diqqət çəkən elementinə çevrilməsini də həmin xalçalara olan
sonsuz marağın və onları dəyərləndirmənin göstəricisi hesab etmək mümkündür.
Təbriz xalçaları dedikdə ilk olaraq göz önünə nəbati elementli çeşnilər gəlir. Bu bədii xüsusiyyət onun
“tanınma nişanı”na çevrilibdir.
Xalça çeşnilərində yer alan əksər elementlərin insanların onları əhatə edən gerçəklikdə gördüklərinin
stilizə, çox vaxt isə rəmzləşdirilmiş dekorativ görkəm alması birmənalıdır. Bu ele­ment­lərin öz növbəsində
insanların yaşantılarının, həyata baxışlarının rəmzi olduğu qəbul edilsə, onda həm də düşüncə qayna­ğına
çevrilən ornament və naxış elementlərinin fəlsəfi tutum da­şıdığı aydın olar. Təbriz qrupuna daxil olan xalça-
ların naxış ör­tüyündə nəbati elementlərin əksəriyyət təşkil etdiyi nəzərə alınsa, onda sənətkarların qabarıq
bədii stilizələrlə təqdim etdikləri sərv, nar, söyüd, palıd ağaclarının, qızılgül, lalə, qərənfil, nərgiz, zanbaq,
süsən, nilufər kimi güllərin bədiiləşmiş görüntülərinin insan şüurunda qərar tutan əbədi fəlsəfi dəyərlərlə
anım yaratması, onu həm də düşünməyə məcbur etməsi təbiidir.
Eyni fikirləri xalçaların gözəgəlimli naxış elementinə çevrilmiş insan, heyvan və quş təsvirləri barədə də
demək olar.
Xalçalarda günəşi, işığı, dörd ünsürü və s. ifadə edən rəmzi ma­hiyyətli elementlərin yer almasında onların
yaradıcılarının həyata fəlsəfi baxışlarının təsiri olduğu da qeyd oluna bilər.
Təbriz qrupu xalçalarında ən geniş yayılan elementlərdən biri “islimi”dir (Avropada “arabesk” adı ilə
tanınır). Stilizə olunmuş yarpaq formasında olan islimilər, əsasən, piçək-hələzunların (mər­kəzində dairəsi
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...362