15
“danışmağa” üstünlük verən, elementlərin semiotikliyinə səy göstərən yerli ustaların son nəticədə xalçanı
Azərbaycan xalqının “danışıq dilinə” çevirmələri qarşılığında düşüncələrini təsvirdən çox, naxışlarla ifadə
etmələrini təbii saymaq olar.
Təbriz qrupuna aid ornamental xalçalar arasında “Ləçək-turunc”, “Əfşan”, “Xətai” və “İslimibənd”in
kompozisiyaları­nı naxış örtüyündəki nəbati elementlərin xüsusi axıcı ritmə uy­ğun­laşdırılması təşkil edir.
Çox vaxt mahiyyətcə mürəkkəb olan bu kompozisiyalar gözoxşayan spiralvari (hələzun) ritmə tabe oldu-
ğundan, məna-məzmun daşıyıcısına çevrilən və stilizə olunmuş ləçəkli nəbati naxışlar, qönçə, gül və yar-
paq təsvirlə­ri ovsunlayıcı görkəm almaqla, xalçanın bədii-estetik tutumunun ecazkarlığını təmin etmişdir.
Bu kompozisiyaların bədii həl­lini səciyyələndirməklə Təbriz qrupuna aid nümunələrin çeşnilərində nəbati
naxışların özündə hifz etdiyi bədii-fəlsəfi məna-məzmun yükünün onların yüksək dəyərli sənət əsərlərinə
çevrilməsini şərtləndirdiyinə əmin olmaq mümkündür.
“Ləçək-turunc” Yaxın Şərq, eləcə də Azərbaycan dekorativ sə­nətində xalçaçı-rəssam təxəyyülünü nüma-
yiş etdirməyə imkan verən ən məşhur naxış kompozisyalarındandır. Bu məşhur çeşninin, təxminən, IX – X
əsrlərdə yaradıldığı güman edilir. Onun əsasını başlıca olaraq iki element – kompozisiyanın mərkəzindəki
göl (turunc) və künclərindəki ləçəklər təşkil edir. Azərbaycanlı sənətkarların çoxsaylı “Ləçək-turunc” xal-
çalarında turunclar da, ləçəklər də bir-birindən fərqli, müxtəlif formalıdırlar. Bu göl-turuncların səkkiz,
on iki, hətta on altı (“Şeyx Səfi” xalısı) gu­şə­lisinə rast gəlmək mümkündür. Turunclar kimi ləçəklər də bir
qayda olaraq çeşidli formada olurlar. Kompozisiya həllində bəzən ləçəklər turuncün dörddə bir hissəsinin
künclərdə simmetrik təkrarından da yaradılır. Turunc və ləçəklər arasındakı sahə bir qədər sadə biçim-
li xalçalarda naxışsız, daha mürəkkəb kompozisiyalı nümunələrdə isə stilizə olunmuş çiçəklərin və yar-
paqların spiralvari budaqları ilə bəzədilir. “Ləçək-turunc” göl­lü-medalyonlu xalçalar arasında bədii həllin
bitkinliyinə və ka­milliyinə imkan verən ən yaxşı kompozisiyalardandır. Bu bədii kamilliyi özündə yaşadan
ən gözəl nümunə bütün dövrlərin ən yaxşı “Ləçək-turunc” ənənələrini özündə yaşadan məşhur “Şeyx Səfi”
xalçalarıdır.
Bunu həmin tip xalıların yüksək, bəlkə də, əlçatmaz hesab olu­nan bədii-texniki xüsusiyyətlərinin
şərtləndirdiyi də bir­mə­nalıdır. “Şeyx Səfi”nin naxış örtüyünü təşkil edən “Ləçək-turunc”un bütün dövrlərdə
yaradılan eyni adlı kompozisiyanın ən mürəkkəbi, ən kamili olduğunu da vurğulamaq lazımdır. Bu­rada
xalının mərkəzini təşkil edən onaltıguşəli turuncdan baş­lamış digər hissələri təşkil edən naxışlara, eləcə də
mərkəzi sa­həni əhatələyən haşiyəyə kimi bütün elementlər qeyri-adi bədii-estetik tutumu və bədii-texniki
kamilliyi ilə heyrət doğurur.
Buna təkcə elə XVI əsrdə toxunan, ölçü baxımından bir-bi­ri­nə çox yaxın olan və hazırda London, Los-
Anceles və Tehran mu­zeylərində nümayiş etdirilən “Şeyx Səfi” xalılarının naxış örtü­yünə nəzər yetirməklə
əmin olmaq mümkündür. “Şeyx Səfi”nin ABŞ nüsxəsi 1530-cu ildə, İran nüsxəsi isə XVI əsrin əvvəllərində
– 1505-ci ildə toxunmuşdur.
Bu xalıların dünyada ən məşhuru onun London muze­yində nümayiş olunan nüsxəsidir. Bu sənət incisi
“Viktoriya və Albert” muzeyində “Ərdəbil xalçası” adı ilə nümayiş olunsa da, Azər­baycan incəsənətində
əsasən “Şeyx Səfi” kimi tanınır. Bu da Təbrizdə toxunan xalının Səfəviyyə təri­qətinin başçısı Şeyx Səfiəddin
İshaqın Ərdəbildəki məscid-türbəsinə vəqf (dini və ya xeyriyyə məqsədi ilə dövlətin, yaxud ayrı-ay-
rı şəxslərin könüllü bağışladığı daşınan və daşınmaz əmlak) edilməsi ilə bağlıdır. Uzun müddət buranı
bəzəyən xalı 1893-cü ildə Londonda auksiona çıxarılmış və burada ingilislərin ianəsi hesabına “Viktoriya
və Albert” muzeyi ( o vaxt auksionda 25 min funt sterlinqə sa­tılan xalçanı almağa muzeyin vəsaiti olmayıb)
üçün alınmışdır. Ümumi sahəsi 56,12 kvadratmetr olan (10,51 m x 5,34 m) xalının bədii əsasını “Ləçək-
turunc” kompozisiyası təşkil edir. Xa­lının mərkəzindəki on altı guşəli göl-turunc günəşi, qübbələr isə ondan
ayrılan şüaları andırır. Ara sahənin künclərində yer­ləşdirilmiş üçbucaqşəkilli turuncların isti­qa­məti mərkəzi
sahəyə yönəldildiyindən, bütünlükdə kom­pozisiyanı çox yaxşı ta­mamlayır. Mərkəzlə bu künclər ara­sındakı
əlaqəni isə sürmə­yi rəngli yerliyə ritmik şəkildə səpələnmiş müxtəlif rəngli (ağ, qırmızı və şəkəri) gözoxşa-
yan nəbati naxışlar “seli” yaradır. Bu ecaz­kar görüntünü xalının enli haşiyəsindəki bulud təsvirləri ilə bə­
zədilmiş kətəbə silsiləsi, ensiz haşiyə və mədaxili təşkil edən bulud və “xətai” elementləri əhatələyir. Onun
həm öz ölçüsündə, həm də nisbətən kiçik variantları müxtəlif dövrlərdə toxun­muş və dünyaya yayılmışdır.
Yaxın Şərqdə və bütün Qafqazda toxuculuq sənətinin təşək­külünə təsir göstərmiş Təbriz qrupuna aid
nümunələr arasında burada toxunan eyni adlı “Təbriz” xal­çasının da rolu danılmazdır. Onların kompozi-
siyasının mərkəzini, bir qayda olaraq, böyük göl – medalyon təş­kil edir. Çeşninin ara sahəsini təş­kil edən
hissənin dörd kün­cündə bu gölün – turuncun dörd­də biri yerləşdirilir. Bəzən kompozisiyası yalnız naxışlar-
la əha­tələnmiş bir turuncdan ibarət olan xalılara da rast gəlinir. Belə nümunələrin bəzək örtüyündə bəzən
əlvan metallardan və daş-qaşlardan is­ti­fadə olunmuşdur. “Təbriz” xalılarının ipəkdən toxunanları, eləcə də
qızıl və gümüş saplardan istifadə ilə ərsəyə gətirilənləri onların zahiri görkəminə xüsusi gözəllik bəxş et­
məklə, həm də Azərbaycan xalçaçılığının texniki imkanlarının ge­nişliyini nümayiş etdirirdi.
Azərbaycan xalçaçılığında, eləcə də dekorativ sənətin bir çox növlərində geniş yayılmış naxış formalar-
dan birinin yaratdığı müstəqil kompozisiya “Əfşan” adlanır. Lüğəti mənası əsasən “səp­mək” və “yaymaq”
olan “Əfşan”ın kompozisiyası, başlıca ola­raq, naxış elementlərinin bir-neçə “hələzun” (spiral) və yaxud
da “piçək” (qıvrım) formalı şaxələr üzərində qurulması ilə alınır. Gül-çiçək təsvirlərinin, yarpaqların və
“İslimi” motivlərinin onlarla əlaqələndirilməsi kompozisiyanın bütövlüyünü təmin etməklə, bütünlükdə
ovsunlayıcı bir görüntü əmələ gətirir. Bu kompozisiyadan XVI – XVII əsrlərdə daha tez-tez istifadə olun­sa
da, toxunan yüzlərlə xalçanın heç biri digərini nə naxış örtü­yünə, nə də rənginə görə təkrar etməmişdir.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...362