11
olan spiralşəkilli bəzək elementi) dolama və sonluqlarında, bəzən də müstəqil işlədilir. Onlar formasına gö­rə
çox müxtəlifdirlər. Kompozisiyalarda sərbəst işlədilmə­­yən islimilərin “sadə”, “qanadlı”, “haçalı”, “hörmə”,
“butalı” və s. for­ma­ları vardır.
“Xətai” də Təbriz qrupu xalçalarının bədii örtüyündə önəm­li rol oynayan elementlərdəndir. Bu elementin
formasının “is­limi”dən qaynaqlandığı bildirilir, fərq “xətai”nin ondan daha mü­rəkkəb formaya malik olma-
sıdır. “Xətai” formasına görə uzun­sov olub, enli yarpağa bənzəyir, kənarları büzməli dilik­lər ilə əhatələnir.
“Xətai” naxışları, bir qayda olaraq, biri digərinə bir­ləşmiş formada olur, ara sahə və haşiyədə mürəkkəb
kompo­zi­siyaların yaradılmasında tətbiq olunur. “Xətai”lər kompozisiyaların ümumi ruhuna müvafiq daha
çox stilizə olunurlar. Bu element də “islimi” kimi xalçanın bəzək dekorunda müstəqil iş­lədilmir.
“Spiral” motivi dekorativ-tətbiqi sənətdə işlədilən elementlə­rin ən qədim tarixə malik olanlarındandır.
Bu motivin əsasını spiralvari formaların tək­rarlanması təşkil edir. Əslində, spiral zahiri görünüşünə görə
gerçəklikdə tez-tez rast gəlinən forma olsa da, deko­rativ-tətbiqi sənət, o cümlədən də xalçaçılıq sahəsində
fə­aliy­yət göstərən sənətkarlar onları həm də düşündürücü bədii-fəlsəfi məna daşıyıcısı kimi kompozisiya-
lara daxil et­mişlər.
“Göl” ( Avropada ona “medalyon” deyilir) bir ornament moti­vi kimi Təbriz xalçalarının naxış örtüyündə
aparıcı rol oynayır. Bir qayda olaraq medalyonlar kompozisiyanın mərkəzi hissəsi­ni, diqqətçəkən elementini
təşkil etdiyindən xalçaçılar onların müxtəlif və zəngin formalı olmasına çalışırdılar. Belə xalçalara “göllü”,
“xonçalı” və “turunclu” de­yilir. Gölün – medalyonun uzunsov, dəyirmi, kvadrat, rombvari və s. formaları
mövcuddur. Onların da­xili sahəsi nəbati, həndəsi naxış­lar, heyvan, quş, bəzən də insan təs­virləri ilə örtülür.
“Kətəbə” forma etibarilə uzunsov formalı gölü xatırlatmaqla xalçanın orta sahəsinin əsas elementi kimi,
göllə əlaqəli və enli haşiyənin əsas elementi olaraq kompozisiyaya daxil edilir. Onların qapalı forma daşıma-
sı burada həkk edilmiş yazının xalçanın kompozisiyasında qabarıq görünməsini şərtləndirir. Kətəbələr çox
vaxt şeir parçalarından və müxtəlif yazılardan iba­rət olmaqla xalçanın ornament bə­zə­yinə çevrilir. Onların
budaq, qön­çə, quş və heyvan təsvirləri ilə zən­ginləşdirilməsi də Təbriz xalçalarına xas olan poetik-fəlsəfi
ovqatın gücləndirilməsi məqsədini daşıyır.
Tarixən yerli sənətkarlar tərəfindən “heykəlbaşı”, yəni, “bütbaşı” kimi də adlandırılan “qübbə” elementi
bir qayda olaraq kompozisiyada göllə əlaqələndirilmiş halda istifadə olunur və bu səbəbdən də hər ikisinin
yerliyi eyni rəngdə olurdu.
Sonrakı dövrlərdə həm də müəyyən məna kəsb edən “qüb­bə” yaraşıqlı qönçəni, bəzən də kasayarpaq-
lı gülü andıran müstəqil dekorativ forma almışdır. Adətən “qübbə”lərin yer­liyi kompozisiyanın daşıdığı
məna-məzmun yükünə uyğun olaraq çiçəklərdən ibarət naxışlarla, bəzən də miniatür hey­vanların təsvirləri
ilə bəzədilərdi.
Təbriz qrupu xalçalarında “Bulud motivləri” də tez-tez is­ti­fadə olunmuşdur. Bu elementin Azərbaycan
incə­sə­nə­tində yer alması uyğur-Çin rəssamlığı ilə, uyğur sənət­kar­ların azərbaycanlı hökmdarların sarayla-
rında çalışmaları ilə izah edilir. Çin parçalarının üzərini bəzəyən real biçimli bulud təsvirləri Azərbaycan
xalçalarında bir qədər fərqli – yerli bədii ənənələrə uyğun, müəyyən stilizəyə məruz qalmış, bir çox digər
elementlər kimi düşündürücü, eyni zamanda zərif görkəm almışdı.
“Vaq-baği” elementinin Azərbaycan incəsənətində, xü­su­silə də Təbriz qrupu xalçalarında yayılmasını da
yerli sə­nətkarların yaxın qonşu ölkələrdəki diqqət çəkən sə­nət­karlıq qaynaqlarına yaradıcı münasibətlərinin
əyani tə­za­hürü hesab etmək olar. Özündə ekzotik tutumu hifz edən bu element ilk olaraq hind incəsənətində
– xalça və par­çaların bəzəklərində işlədilib. Bundan sonra əlaqələr nə­ti­cə­sində Azərbaycana gətirilib və
onlar yeni təfsirdə Təb­riz xalçalarının elementinə çevrilib. “Vaq-baği” zahiri gö­rü­nü­şünə görə stilizə edil-
miş baş təsviridir. Xalçalarda in­san, quş, fil, şir, it, keçi başının bir element kimi yer alması da elə “vaq-
baği”nin təzahürü hesab olunur. Onların bir qayda olaraq bitki ornamentlərinin əhatəsində, gül-çiçək fo­
nun­da verilməsi də məqsədli olub, mahiyyətcə fərqli olan ele­mentlərin sintezinin ümumi məna-məzmunun
zən­gin­ləşdirilməsinə yönəldilmişdir.
“Yelən” haşiyənin ən enli zolağı olmaqla Təbriz qrupu xalçalarının naxış örtüyündə önəmli rol oynayır.
Haşiyə sırasının mərkəzində yerləşən yelənə münasibət zaman-zaman fərqli olub. Ondan kompozisiyanın
başlıca məzmununa uy­ğunlaşdırılmış məna daşıyıcısı kimi, çox vaxt isə, sadəcə, mərkəzi sahəni əhatələyən,
ona kolorit baxımından yaxın olan rəngləri ilə bitkinlik verən dekorativ element kimi is­ti­fadə etmişlər.
Təbriz xalçalarında ikinci xüsusiyyət üstünlük təşkil etsə də, son dövrlərdə müasir sənətkarlar tə­rə­­findən
yelənlərin də təkrarlanmayan element və düşündü­rücü məz­munla yükləndiyini müşahidə etmək mümkün-
dür. Təb­riz qrupu xalçalarının yelənlərində daha çox çiçək xonça­larına, bulud motivlərinə, üzəri çiçək və
yarpaqla örtülü dalğavari budağın təsvirinə, kiçik kətəbə və spirallara, eləcə də epiqrafik bəzəyə rast gəlmək
mümkündür.
“Epiqrafik bəzək” bir element kimi Azərbaycan xalçaçı­lığında ən çox Təbriz qrupuna aid nümunələrdə
istifadə olu­nur. Əsasən “Qurani-Kərim”dən götürülmüş ayələrdən, Allahı, islam peyğəmbərini və hökm-
darları mədh edən kə­lamlardan, məşhur şairlərin misralarından ibarət bu epiqrafik bəzəklər ərəb qrafika-
sında – “nəstəliq” və “nəsx” xətlə ya­zılardı. Azərbaycanda islam dininin yayılması Təb­riz xal­çaçılığında
“Namazlıq” tipli xalçaların yaranmasını şərt­ləndirdi ki, onların da yuxarı hissəsini – kətəbələrini bəzək
rolunu oynayan yazısız təsəvvür etmək mümkünsüzdür.
Hər bir xalçanın dəyərliliyini, bütünlükdə onun yük­sək bədii-texniki xüsusiyyətləri, yəni, ecazkar naxış
örtüyü ilə yanaşı, həm də onun ovqat daşıyıcısı olan gözoxşayan, cəl­bedici rəngləri şərtləndirir. Təsviri və
dekorativ-tət­biqi sə­nətin bütün növ və janrlarının təhlili göstərir ki, Azər­b­ay­can xalqı, daha çox, gerçəkliyin
ümumiləşdirilmiş bədii tu­tumda, nikbin ovqatlı və təsirli rənglərlə dərkinə və ifa­də­sinə meyillidir. Bununla
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...362