18
“farsbaf” da deyirlər) ilə toxunulur. Xalça və xalça məmulatlarının to­xu­nulma­sında müxtəlif növlü yun,
pambıq və ipəkdən, eləcə də qızıl və gümüş saplardan istifadə olunur.
Təbriz qrupu xalçalarının tanınma nişanlarından biri də onların şux və gözoxşayan rəng örtüyünə malik
olmasıdır. Bunun üçün ilk növbədə tərkibində rəng olan təbii bitkilərdən istifadə olunardı. Təbrizin və onun
yaxın məntəqələrinin çəmənliklərində bo­yaq materialına çevriləcək kifayət qədər xammal vardı. Rəng­lərin
hazır­lanmasında heyvan mənşəli maddələr də işlə­dilirdi. Sə­nətkarlar bəzən ayranı aşılama vasitəsi kimi
tətbiq edib, yun sapların daha da parlaqlığına və şəffaflığına na­il olurdular. Rəng­li iplərin çalarlarının daha
da zən­ginləşdirilməsi üçün təbii duz­lardan və mineral su mən­bələrindən də istifadə edilirdi. XIX əsrdə boya
isteh­salı artıq müstəqil əhəmiyyət kəsb etməyə başladı. Yüksək sənətkarlıq və kamillik dərəcəsinə çatmış
Təb­riz xalça qrupu həmAzərbaycanın özündə, həm də qon­şu ölkələrdə xalçaçılığın inkişafına xüsusui təsir
gös­­tərmişdir. Təsadüfi deyil ki, Azərbaycanın digər böl­gələrində, eləcə də Mərkəzi Asiya, İran, Türkiyə,
Hindistan və başqa bölgə və ölkələrin xalçaçılıq sənətində Təbriz izi özünü aydın şəkildə büruzə verir.
Azərbaycan xalçalarının Təbriz qrupu ümuma­zərbay­can mə­dəniyyətinin tərkib hissəsi kimi bu gün də
yaşayır, tarixi ənənə­lərini davam etdirməklə yanaşı, yeni bədii xüsusiyyətlərlə şöh­rətini daha da artırır.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...362