12
yanaşı, Azərbaycan incəsənəti üçün onların dünyagörüşünü ifadə edən digər çalarlar da möv­cuddur. Bu
da, heç şübhəsiz, sənətkarların müraciət et­dikləri mövzu ilə, ona daha təsirli rəng ovqatı vermək istəyi ilə
bağlı olmuşdur. Bütün bunlar da son nəticədə rənglərin Azərbaycan incəsənətində, o cümlədən də xalça-
çılıq sənətində özünəməxsus çoxqatlı rəmzi məna daşımasına səbəb olmuşdur. Əksər rənglərin müəyyən
rəmzləri ifadə etməsi ənənəsinin sənət əsərlərinə daşınması uğurlu nəticələr vermişdir. Bunu, dünyanın həm
görünən, həm də bəzən heç görünməyən, hətta mövcud olmayan rənglərinin xalçalarda əksi də təsdiqləyir.
Tarixən təbii rənglərlə öz “xalça - arzuları”nı ger­çəkləşdirən azərbaycanlı sənət­karlar vaxtaşırı nəhayətsiz
fantaziyalarına tapınmaqla təbiətdə mövcud olan bitkilərin qarışığından reallıqda heç vaxt görünməyən elə
rəng çalarları yaratmışlar ki, onların bəzilərinin alınma tərkibi indiyə kimi sirr olaraq qalmaqdadır. Elə bu
səbəbdən də rənglərin bir-birindən fərqlənən çoxsaylı çalarları yaradılmış və xalçalarda istifadə olunmuş-
dur. Təbriz qrupunun bir çox məşhur nümunələrində ağ rəngin işıqlı arzuların, göy yerliyinin ulduzları
“daşıyan” səmanın, yaşılın təbiətin yeniləşməsinin, bolluq və bar-bərəkətin, sarının günəş və ul­duzların
şərti-rəmzi təcəssümü kimi təqdimatı da bunu təsdiqləyir. Mavi çaların su və ruha rahatlıq gə­tirən qaynaq,
qırmızının isə alov anlamında təqdimatı da xalça çeşnilərinə rəngarənglik verməklə yanaşı, onunla göz-
gözə qalanlara mənəvi enerji vermək gücündə idi. Sənətkarlar rənglərin insanın psixoloji durumuna təsir
gücünə inanırdılar və onların bu önəmli xüsusiyyətindən istifadə etməyə çalışırdılar.
Səfəvi dövrüxalçalarındaqızıl saplardan istifadəningü­nəş işığının rəngi kimi təqdimolunması azərbaycanlı
sə­nətkarların xalçaların rəng örtüyünə rəngarənglik və zən­gin­lik bəxş etməyə çalışdıqlarını göstərir.
Sənətkarlar həm ornamentli, həm də tez-tez müraciət et­dikləri süjetli xalçalarda rəngin təsir gücünü onun
cəl­bedici dekorativ anlamından fəlsəfi qavranılmasına – düşündürücü təfsirinə kimi genişləndirməyə nail
olmuşlar. Bütövlükdə isə rənglərin yüksək bədii-estetik dəyər daşıyıcılığının xal­çanın zərifliyini təmin edən
texniki xü­susiyyətlərlə vəh­dəti Təbriz qrupu xalçalarının dünya şöh­rəti qazanmasını şərt­lən­dir­miş­dir.
Xalçaların bədii xüsusiyyətləri­nin başlıca cəhəti onların rəng örtüyünün təzadlı olması ilə bağlı idi. Tünd
yerlikdə açıq rənglər, açıq yerlikdə isə tünd rənglər işlədilir. Təbriz qrupu xalçalarına xas olan bu üsul
məmulatın nikbin, gözəgəlimli koloritə malik olmasını təmin edir. Bu heç də xalçalarda yumşaq və uyarlı
rəng ahəngdarlığının yox olması demək deyildir. Boyama işi­nin əsası lap qədimdən təbiətdə olan nəbati
boyayıcı maddələrlə qo­yulub və ona görə də əldə edi­lən rənglər təbiətdə olduğun­dan yük­sək qüvvədə ola
bilməyib, rəng­lərin məntiqi vəhdətini poza bi­lən parıltıya yol verilməyibdir. XIX əs­rin sonlarından başla-
yaraq sin­te­tik boyaların işlədilməsi, Qərb ta­cirlərinin tələbi əsasında milli rəng ahəngdarlığına zidd olan
si­fa­rişlər qəbul etmək belə bu ənənəni tam surətdə poza bil­məmişdir. İstənilən rəng uyarlığını az miqdar
boyaların birləşdirilməsilə əldə etmək özü də Təbriz xalçaçılığının bə­dii xüsusiyyətlərindən idi.
İnsan təxəyyülünün nəticəsi olan bu ecazkar ornamentlər və ovqat dəyişkənliyinin əldə olunmasına im-
kan verən rənglər sənətkarlara maraqlı və cəlbedici xalça çeşniləri hazırlamağa imkan verib.
Xalçaların bədii xüsusiyyətləri konkretləşdirilsə, onda həm Təbriz, həm də Ərdəbil qrupu xalçalarının,
əsasən, iki is­tiqa­mətdə inkişaf etdiyi aydın olar. Onların bədii həlli süjetli və ornamentli xalçalar kimi
səciyyələnir.
Təbriz qrupuna aid xalçaların süjetli kompozisiyaların­da Azərbaycan xalçaçılığının çoxəsrlik ənənələrini
zəngin­ləşdirən bədii-texniki məziyyətlər kifayət qədərdir.
“Ovçuluq” kompozisiyası məna-məzmun tutumu­nu obrazlı təqdimatla ifadə edən belə toxuculuq
nümunə­lərin­dən­dir. Bu kompozisiyanın əsasını ornament elementləri ilə heyvan və insan təsvirlərinin qov-
şağı təşkil edir. Bununla ya­naşı, bu motivin müxtəlif təfsirlərinə də rast gəlinir. Onların bə­zilərində insanın
vəhşi heyvanları, bir çoxunda ovçuların quşları ovlaması, ən nəhayət, heyvanların mübarizəsi görüntüyə
gə­tirilib. Ornamentlər hər bir kompozisiyaya müvafiq müxtəlif cür olsalar da, meşəni və ağaclığı ifadə edən
spiralvari budaqların təsviri “Ovçuluq” xalçalarının dəyişməz xüsusiyyəti idi. Bəzi hal­larda bu bədii rolu
spirallar yox, sadəcə kiçik ağacın, yaxud ko­lun təsviri oynayır. “Ovçuluq” kompozisiyasını təkcə ornament
elementləri yox, spirallar, ağaclar və kollar arasında təsvir edi­lən insan və heyvan fiqurları təşkil edir. Kom-
pozisiyalarda insanların və heyvanların ya hərəkətdə, ya da sakit vəziyyətdə təsvir olunmasına üstünlük
verilib. Ceyran, maral, dağ keçisi, çaq­qal, dovşan və digər heyvanların , eləcə də pələng, şir, cana­var və
bəbir kimi yırtıcıların təsvirlərinə “Ovçuluq” xalçalarında daha çox rast gəlinir. Onların xalçanın bütün
səthi boyu səpələnməsi, bəzən də yırtıcının heyvanı ələ keçirib parçalaması səhnəsi süjetin əsasını təşkil
edir. Ov motivlərində ovçu öz dəyişməz köməkçiləri ilə – ov iti və atla təsvir olunub. Bəzi kompozisiyalarda
mifoloji personajların – Simurqla əjdahanın mübarizəsi ilə yanaşı, Mərkəzi Asiya və Yaxın Şərqin türkdilli
xalqlarının, eləcə də Azərbaycan mifologiyasından əxz olunmuş motivlər əksini tapıb. Belə süjetlər ovçula-
rın atlı və yaxud piyada təsviri ilə diqqət çəkirlər. Xalçaçılar təsvirə inandırıcılıq bəxş etmək üçün süjetlərə
ovda gərəkli olan ox, yay, tor, tələ və digər əşyaların təsvirlərini də daxil etməklə, onları “Ovçuluq” tipli
toxuculuq nümunələrinin səciyyəvi elementlərinə çevirmişlər.
“Ovçuluq” kompozisiyalarının müasir dövrə gəlib çatmış gö­zəl nümunələri sırasında Azərbaycan
muzeyləri ilə yanaşı, hazırda “Viktoriya və Albert” muzeyində, eləcə də Milanın (İtaliya) “Poldi-Petsoli”
muzeyində saxlanan və XVI əsrə aid edilən xalçaların adını çəkmək olar. Çeşnisinin ümumi görünüşü klas-
sik “Ləçək-turunc” kompozisiyası ilə anım yaradan bu xalçanın çox yüksək bədii-estetik dəyəri qarşılığında
vaxtilə Səfəvi hökmdarlarının sarayını bəzədiyi ehtimal edilir. “Ovçuluq” xalçasının çeşnisinin miniatürçü
rəssam Sultan Məhəmməd tərəfindən çəkildiyi fikri də vardır. Bu da səbəbsiz deyil, çünki xalçadakı ovçu-
luq səhnəsinin bədii şərhi o dövrün miniatür sənətinə xas olan bədii ənənələrə uyğun, ümumi görünüşü isə
onun “Şah ovu” miniatürü ilə səsləşir.
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...362