14
Lionda Tyüsso muzeyindəki xalçada (XVI əsr) heyvanların ölüm-dirim mübarizəsini əks etdirən motivin
ümumi kom­po­zi­si­ya­ya daxil edilməsi “Meşəli”yə bir qədər də dramatizm bəxş etmişdir.
Milandakı Poldi-Petsoli muzeyindəki “Meşəli” xalçası da naxışlarının zənginliyi ilə seçilir. Belə ki, bura-
da quşlarla gülləri əks etdirən mərkəzi gölün ətrafındakı sahədə müxtəlif quşların və qanadlı mələklərin
əyilmiş gövdəli ağaclarla, eləcə də bütün səth boyu yayılmış çoxsaylı budaqların xüsusi ritmə köklənmiş
təsvirinin yaratdığı ecazkarlıq danılmazdır.
Təbriz qrupu xalçalarına xas zəriflik nişanəsini özündə yaşadan motivlər arasında “Bağçalı” adlananlar da
özünəməxsus bə­dii-estetik məziyyətə malikdirlər. Xalçaçılar, sanki, öz dövrünün tanınmış miniatürçüləri
ilə yarışırmış kimi ilmələrdən ecazkar səhnələr yaratmaqdan usanmırdılar. Xalça çeşnilərində­ki çiçəklənən
bağların, gözoxşayan düzənliklərin, çayların və şə­la­lələrin nəğməkar quşlarla təsviri, az qala, miniatürlərdən
“gəl­mə” kimi qəbul olunurdular. Xalçaçıların bu motivlərin xal­ça həlli üçün uğurlu bədii stilizə vasitələri
tapa bilmələri, təs­virlərin inandırıcı dekorativliyinə nail olmaları onların yük­sək sənətkarlıqlarının göstəricisi
idi. Dünya xalçaçılığı, eləcə də Azərbaycan incəsənəti, üzərində ürəkaçan bağ motivləri olan çoxsaylı to-
xuculuq nümunələri ilə zənginləşmişdir. Onların mü­asir dövrə gəlib çatmış ən qədimi (XVI əsr) Vyana
İncəsənət Mu­zeyində (Avstriya) saxlanılır. Xalçanın kompozisiyasını ger­çək bağın stilizə olunmuş təsviri
təşkil edir. Mərkəzi su axınının təsviri kimi təqdim olunan və bunu sahənin müxtəlif ölçü­lü altı düzbu-
caqlı zolağa bölünməsi ilə əldə edən xalçaçılar, müx­təlif əlvan bəzəkli bu zolaqların kəsişmə nöqtələrində
içərisi balıqlı su tutumunu görüntüyə gətirməklə ümumi kompozisiyanın təsirliliyini əldə etmişlər. Yuxa-
rıda yerləşdirilmiş iki zolağın fonunda üzərində çiçəkli kollar təsvir olunmuş uzadılmış göllər verilmişdir.
Bu göllərin iki tərəfdən budaqları quş təsvirli ağaclarla əhatələnməsi də xalçanın bədii dəyərinə önəmli təsir
göstərmişdir. Kompozisiyaya daxil edilmiş digər dörd zolaq da maraqlı elementlərlə zənginləşdirilib. Bu üç
qoşa düzbucaqlının hər birinin üç quş fiquru ilə tamamlanmasını da uğurlu bədii tapıntı saymaq olar.
Pensilvaniya incəsənət muzeyində (ABŞ) və Tehran xalça mu­ze­yində (İran) saxlanan XVI əsrə aid xalçalar-
da, eləcə də “Metropoliten” muzeyinin kolleksiyasındakı XVII əsrə aid xalçada “Bağçalı” kompozisiyasının
çeşnidən-çeşniyə yeniləşən maraqlı bədii həlli vardır.
Təbriz qrupu xalçaları arasında “Ağaclı” kompozisiyasını ele­mentlərinin anım yaratmaq gücünə görə
müəyyən qədər “Dörd fəsil”in “törəməsi” də hesab etmək olar.
“Ağaclı” öz adını daşıdığı kompozisiyaya müvafiq olaraq almışlar. Bu kompozisiya növünün Mərkəzi Asi-
ya və Qafqazda geniş yayılmasına baxmayaraq, Təbrizin “Ağaclı”sı fərqli və daha özünəməxsusdur. Bu çeş-
ninin mərkəzi hissəsini, əsasən tək, bir çox hallarda isə bir-neçə ağac və kol təsviri təşkil edir. Ağaclar kom-
pozisiya yaradıcısının zövqünə uyğun fərqli görünüşə malik olurlar. Kompozisiyaya ürəkaçan təbiət moti-
vini daha da gözəlləşdirən zərif heyvan təsvirlərinin daxil edilməsi də xalça yaradıcılarının incə zövqündən
və fantaziyasının genişliyindən xəbər verirdi.
Adətən, yaz ovqatlı ağaclar çiçək açmış vəziyyətdə, payız libaslı ağaclar isə meyvəli –alma, yaxud narla
təsvir olunardılar. Bəzən sərv, söyüd və digər ağacların stilizə olunmuş təsviri olan kompozisiyalara da
rast gəlinir. Çeşnilərin əsas məna-məzmun yükünün daşıyıcısı olan bu ağaclar çox vaxt xalq arasında da-
şıdığı müxtəlif rəmzlərə uyğun olaraq kompozisiyaya daxil edilirdi. “Ağlayan söyüd”ü məhəbbət rəmzi,
palıdı – güc və mərdlik, narı – uğur rəmzi kimi təqdim edən sənətkarlar Azərbaycan xalçaçılığında təbiət
motivlərinin obrazlı təqdimatının mümkünlüyünü nümayiş etdirmişlər.
Bu çeşnininAzərbaycan xalçaçılığında bu günə kimi yer al­maq­da davam etməsi və bədii cəhətdən bir qədər
də zən­gin­ləş­di­rilməsi heç şübhəsiz onun aşıladığı bədii-estetik yükün hə­mi­şəyaşarlığından xəbər verir. Bu
gün L. Kərimov adına Azər­baycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində gös­tə­rilən əski “Ağaclı”
(XX əsrin əvvəlləri) və bu çeşninin təfsiri ilə yaradılan müasir “Şəbi-hicran” (müəllifi E. Mikayılzadə) xalça­sı
qədim bədii ənənələrin yaradıcılıqla davam etdirilməsini və zən­ginləşdirilməsini özündə yaşadır.
Azərbaycan incəsənətində insan təsvirli xalçalara bilavasitə Təbriz toxuculuq nümunələrində rast
gəlinməsinin Səfəvilər dövründə Təbrizdə sənətkarları öz ətrafına toplayan saray kitabxanasının fəaliyyəti
ilə əlaqələndirilməsi məntiqlidir. Azər­baycanlı rəssamların XVI əsrdə miniatür sənəti sahəsində qazandıqla-
rı uğurların o dövrdə mövcud olan digər bədii sənətkarlıq sahələrinə təsir göstərməsi təbii idi. Ona görə də
o dövrdə, əslində, Azərbaycan incəsənətinin ortaq təsvir dilinə çevrilən əski miniatür sənəti bədii ənənələri
xalçaçılıqda da özünü ifadə etmişdi. Müasir dövrə gəlib çatmış qədim xalça nümunələrinin bədii həllində
miniatür rəssamlığı ilə səsləşən məqamların mövcudluğunu da, əslində, sözün əsl mənasında bir-birinin
qonşuluğunda yaradılan xalçaçılıq və miniatürçülüyü birgə yaradıcılıq səylərinin nəticəsi hesab etmək olar.
Xalçalardakı müxtəlif məzmunlu təsvirlərin ifadəsindəki yüksək sənətkarlıq da bu çeşnilərin yaradılmasın-
da o dövrün tanınmış miniatürçülərinin iştirakı barəsində söylənilən fikirlərin həqiqət olduğunu vurğu­la­
mağa əsas verir. Bu mənada yuxarıda adları çəkilən süjetli xalçalarla yanaşı, Təbriz qrupuna aid “Leyli və
Məcnun”, “Fərhad və Şirin”, “Xəyyam”, “Dərviş”, eləcə də digər Şərq və Azər­baycan folkloru və ədəbiyyatı
ilə bağlı süjetli nümunələ­rin adını qeyd etmək olar. L. Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi
sənəti Dövlət muzeyinin kolleksiyasındakı “Ömər Xəyyam öz sevgilisi ilə” (XIX əsr), “Şeyx Sənan” (XX
əsrin əv­vəlləri), “Dərviş”, Nizami Gəncəvi adına Milli Azərbaycan ədə­biyyatı muzeyində göstərilən “Məlik
Məmməd” (XX əsrin əv­vəlləri), R. Mustafayev adınaAzərbaycan Dövlət İncəsənət Muzeyindəki “Dərvişlər”
(XIX əsr), Şərq ölkələri xalqlarının Döv­lət incəsənət muzeyinin (Moskva) ekspozisiyasını bəzəyən “Rüstəmin
döyüşü” (XX əsrin əvvəlləri) xalçaları da belə sənət nümunələrindəndir.
Təbriz qrupu xalçalarının çoxsaylı çeşniləri arasında süjetlilərə nisbətən ornamentli xalçalar çoxluq təşkil
etmişdir. Bunu həm müsəlman dünyasında canlı təsvirinə münasibətlə, həm də xalçaların döşəməyə salın-
ması ilə əlaqələndirmək mümkündür. Di­gər tərəfdən milli bədii sənətkarlığın bütün sahələrində rəmzlər­lə
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...362