17
“Sərabi” xalçalarının digər variantı üçün orta sahəsində gölün yerləşməsi səciyyəvidir. Onun ətrafını gölü
simmetrik şəkildə əhatələyən müxtəlif ölçülü nəbati naxışlar təşkil edir. İşıqlı yerlikdə gerçəkləşən belə na-
xış örtüyü rənglərinə görə harmonik, ümumi bədii tutumuna görə bütünlükdə cəlbedici görünür.
“Zəncan” xalçasının Qarabağın məşhur “Dəryanur” çeşnisini xatırladan kompozisiyasının həm mərkəzi
sahəsini, həm də haşiyə zolağını əyri xətli nəbati ornamentlər təşkil edir. Orta hissənin saya olan yerliyində
müxtəlif ölçülü, ümumi silueti bir qədər də həndəsi formalara meyilli olan göllər cəlbedici görünürlər.
Ərdəbilin cənubunda yerləşən Mir və Miriş qəsəbələrində ya­ra­dılan çeşnilər Azərbaycan xalçaçılığına
“Mir” adı ilə daxil olmuşdur. Xalçanın orta hissəsinin kompozisiyasını butalar təşkil edir. Onların səth
boyu düzülüşündə Quba – Şirvan növlü xalçalardan “Xilə-buta” və “Mərəzə”nin, eləcə də tirmələrin bədii
həlli ilə səsləşən bədii xüsusiyyətlər var. Bununla belə onlar sadəliyi ilə seçilirlər. Bu sadəliyi təsirli ifadəyə
çevirənsə üst-üstə sıralanan düzülüşdəki butaların formasına görə bir-birinin əksinə olması və bununla da
ümumi kompozisiyaya axıcı ritm bəxş etməsidir. “Mir” xalçasının həm kənarəsi, həm də orta haşiyəsi bədii
həllinə görə çox diqqətçəkəndir. Kənarə haşiyəsinin ənənəvi nəbati motivlərinin tədricən yeni formalarla
əvəzləməsini də yerli sənətkarların davamlı axtarışlarının nəticəsi hesab etmək olar.
Bir çox toxuculuq nümunələrindən fərqli olaraq “Aç­ma-yum­ma” xalçasının adını onun özünəməxsus
kom­pozisiyası şərt­ləndirib. Yaranma tarixi çox qədimlərə ge­dib çıxan və Azər­bay­can xalçaçılığında geniş
yayılan bu çeşni, naxışlarının ümumi görünüşünə görə balıq torunu xatırladır və el arasında “Bəndi-rumi”
adlandırılır. Bu cür kompozisiya biçiminin məğzini şəbəkə təşkil edir. Çeşninin gözoxşayan naxış örtüyü
romb formalı dilikli “göl”lərdən yaranır və onlar xalçanın səthi boyunca üfüqi və şaquli istiqamətdə bir-
birinin ardınca təkrarlanır. Bəndi-ruminin dəyirmi və uzunsov gül elementləri mər­kəzlə simmetrik şəkildə
birləşdirilir. Bu elementlər Azər­baycan xalçaçılığında “bənd” adlanır.
Təbriz xalçaçılıq məktəbi mövcud olduğu bütün dövr­lərdə özü­nün xovlu xalçaları ilə yanaşı, xovsuz nü­
mu­nələri ilə də şöh­rət tapmışdır.
Təbriz qrupunda toxunan belə nümunələr bütün Azər­baycan xalçaçılığı üçün səciyyəvi olan sadə və az
bəzəkli kompozisiyası, nikbin rəngləri və şərtiliyi, eləcə də qabarıq stilizə gücü ilə diqqət çəkən bəzəklərə
malikdir. Onların kompozisiya həllində, bir qayda olaraq, rəngli zolaqlara, dördbucaq, paxlava, çarpaz,
qıvrım xətlərə və s. həndəsi fiqurlara rast gəlinir. Xalçaların na­xış örtüyünü təşkil edən müxtəlif sxematik-
şərti bəzəklər, əs­lində, real həyatda mövcud olan əşyaları ifadə etdiyindən sə­nətkarların gördüklərinə
ümumiləşdirilmiş –şərti bədii forma-biçim verə bilmək istedadını nümayiş etdirir. Azərbaycan xovsuz xal-
çalarının bəzək xüsusiyyətlərindən biri də onların xovlu xalçaların üzərindəki nəbati ornamentlər kimi,
başqa bəzək ünsürləri ilə bağlı olması, hər bir ornament ünsürünün nisbətən sərbəst təsvir olunmasıdır.
Xovsuz xalçaların ən geniş yayılanı palazlardır. Palazları bütün Azərbaycanda adətən, üfüqi zolaqlar-
la bəzəyirlər. Təbriz palazlarının kompozisiyaları bütünlükdə həm ensiz, həm də enlizolaqlı olsalar da,
daha çox enlizolaqlı nümunələrə üstünlük verilir. Onların rəng həllində parlaq çalarlar üstünlük təşkil edir.
Vaxtilə palazlar zolaqsız toxunar, birrəngli olarmış. Bu birrəngli kolorit keçi, qoyun və dəvənin boyanmamış
təbii yunu vasitəsilə əldə olunarmış. Ancaq belə palazlar döşəməyə salınmazdı. Bu möhkəm parçanı əvəz
edən palazdan kasıbların və dərvişlərin geyimlərinin tikilməsində istifadə olunardı.
Xovsuz xalçalar arasında “Vərni” naxış örtüyünü təşkil edən ornamentlərin harmonikliyi və monumen-
tallığı ilə xü­susilə seçilir. Azərbaycanın digər bölgələrindən fərqli olaraq (bu yerlərdə əjdaha təsvirlərinə
üstünlük verilib), Təbrizdə toxunan vərnilər quş və ağac təsvirləri ilə bəzədilir. Vərnilərdən pərdə, yük üzü,
döşənəcək, örtük, həmçinin dəyə və çadırların bəzəyi kimi is­tifadə olunur.
Təbriz kilimləri Azərbaycanın şimal bölgələrində istehsal olu­nanlardan texniki xüsusiyyətlərinin
mürəkkəbliyinə görə fərq­lənir. Bu kilimlər çox yumşaq və zərif olurlar. Kilimlərin naxışları müxtəlif
rəngli arğac ipləri vasitəsilə alınır. Onun bir səciyyəvi xüsusiyyəti də hər iki üzündən istifadə olunması-
dır. Azərbaycan məişətində geniş yer tutan kilimlər döşənəcək kimi yerə salınır, dəvə və digər heyvanları
bəzəyir, qapı əvəzi, pərdə, süfrə və s. kimi istifadə edilir.
Təbriz qrupuna aid “Zili”ləri başqalarından fərqləndirən xüsusiyyət onların döşəməyə salınmaması, otaq-
ların bəzə­dilməsində dekorativ parça kimi istifadə olunmalarıdır. Onlar ibadət xalçası, pərdə, divar örtü-
yü, döşənəcək kimi məişətdə işlədilir. Təbrizdə, eləcə də Urmiyada toxunan zililərin kompo­zi­siyalarının
mərkəzi hissəsini, adətən, müxtəlif ölçülü üfüqi zolaqlar təşkil edir. Onların toxunuşunda müxtəlif xovsuz
xalça tenikasından istifadə edilir. Zilinin bəzəkləri stilizə edilmiş quş və heyvan təsvirləri, rəmzlər, müxtəlif
formalı həndəsi və nəbati ornamentlərdən ibarətdir.
Xovsuz xalçalar arasında cecimlər də geniş yayılıb. Onlar, əsa­sən, üfüqi yer hanasında toxunur. Toxuma
prosesində bir qay­da olaraq, çömbəltmə oturmuş toxucu cecimə ayaqlarını aç­dığı qədər en verə bilir. Bu
səbəbdən də cecimlərin eni 25-30 san­timetrdən artıq olmur. Onların uzunluğu isə 15 metrədək, bəzi hallarda
isə daha çox olur. Bundan sonra cecimlər hazırlanacaq məmulatın ölçüsünə uyğun kəsilərək, bir-birinə tiki-
lir. Yundan və pambıqdan toxunan cecimlər məişətdə döşənəcək və divar xalçası kimi istifadə edilir, ondan
qadın və kişi geyimləri, döşəküzü, yük pərdəsi, örtüklər, çanta və yəhər qaşlığı hazırlanır.
Təbriz qrupu xalçalarının yaradıcıları üçün forma və ölçü məhdudiyyəti olmayıb. Belə ki, onlar eyni
uğurla uzunsov, kvad­rat, hətta dəyirmi formalı xalçalar yaradıblar. Onların toxuduqları xalçaların ölçüsü
isə 1 kvadratmetrdən 40 kvadratmetrə qədər olub, bəzən bundan da böyük nümunələr ərsəyə gətirilib.
Təbriz qrupu xalçalarının ilmə hündürlüyü 2 millimetrdən 15 millimetrə kimi olur. İlmələrin sıxlığı 1
kvadratmetrdə 60 min­dən 400 minədək olur. Sıxlığın belə yüksək olması xalçaların zə­rifliyi ilə yanaşı, həm
də naxış örtüyündə yer alacaq ən incə ele­mentin belə dəqiq və təsirli görüntüyə gətirilməsinə imkan ver-
mişdir. Bu xalçaların əksəriyyəti qullabı ilmə (ona “türkbaf” da deyirlər), bəzi hallarda isə dolama ilmə (ona
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...362