13
“Ovçuluq” kompozisiyaları arasında XVI əsrdə Təbrizdə qızıl və gümüş iplərlə toxunan və hazırda “Vik-
toriya və Albert” mu­­zeyində göstərilən bir xalçanın bədii məziyyətləri yüksək dəyərləndirilir. Ölçü baxı-
mından çox da böyük olmayan bu xalçada gül-çiçək motivli naxışların fonunda pələng, şir, canavar, ceyran
və s. heyvanlar təsvir olunmuşdur. Kompozisiya, ilk növbədə, dinamikliyi ilə diqqət çəkir. Buna heyvanla-
rı hərəkətdə verməklə nail olmuşlar. Kompozisiyanın özünəməxsusluğunu təmin edən motivlər arasında
pələngin ceyranı parçalamasını əks etdirən təsvir canlılığı ilə yadda qalır. Bu nadir sənət nümunəsinin hər
tərəfdən içərisində mələk təsviri olan üçkünc formalı, haşiyəli qübbələrlə tamamlanması onun kompozisiya
biçiminin bənzərsizliyini təmin etmişdir.
“Metropoliten” muzeyindəki, bədii həllində gümüş iplərdən istifadə olunmuş heyvan təsvirli xalçada
(XVI əsr) isə heyvan və quş təsvirlərinin ornament və xəttatlıq yazısı ilə əlaqələndirilməsi çox baxımlı bir
sənət əsərinin yaranmasını şərtləndirmişdir. Bu muzeyin kolleksiyasında saxlanan digər bir heyvan motivli
xalçada (XVI əsr) isə onun texniki imkanlarını zənginləşdirən me­tal saplardan istifadə edilməklə, nəbati
naxışların heyvan­ların mü­barizəsini əks etdirən təsvirlərlə kompozisiyanın bütöv­lüyünə yönəli uğurlu
sintezinə nail olunmuşdur.
Təbriz qrupu xalçalarında nəbati naxışlarla yanaşı, stilizə olunmuş heyvan təsvirlərindən də ornament
görkəminə salınmaqla geniş istifadə olunmuşdur. Onların qovşağının yer aldığı xalçaların naxış örtüyü isə
qeyri-adi dərəcədə baxımlıdır.
Toxuculuq nümunələri arasında mahiyyətcə “Ovçuluq” xalçaları ilə səsləşən heyvan təsvirli digər çeşnilər
də möv­cuddur. Onlar daha çox “Heyvanat” xalçaları kimi məlum­durlar. Azərbaycan, o cümlədən də
Təbriz qrupu xalçalarında əksər ornamentlərin semiotikliyi qarşılığında, çeşnilərə daxil edilən heyvan və
quş təsvirləri də rəmzi mahiyyət daşımaqla, fikrin açılmasına yönəldilirdi. Bu da xalçaların ovqatyaradıcı
rənglərinə görə cəlbediciliyini təmin etməklə yanaşı, həm də onun dərin məna-məzmun yükünə görə dü-
şündürücülüyünü şərtləndirib.
Təbriz xalça kompozisiyaları arasında əjdaha və simurq təsvirli nümunələrə də rast gəlinir. Bu fantas-
tik yırtıcının və incə varlığın xalçalar üzərində yer almış görüntülərində nümayiş etdirilən ustalıq o qədər
yüksəkdir ki, stilizə olunmuş bu təsvirlərin yer aldığı çeşnilərin o dövrün məşhur miniatürçü rəssamları
tərəfindən hazırlandığına şübhə ye­ri qalmır. Belə xalçaların eskizlərini Sultan Məhəmməd, Mir Seyid Əli
və Mirzə Əli (XVI əsr) hazırlamışlar. Bir çox sü­jetli və ornamentli xalçalarda olduğu kimi bu kompozisi-
yalarda da xalçaçılar görüntüyə gətirilənlərin daşıdıqları rəmzi mənalarla öz duyğularını da ifadə etməyə
çalışmışlar. Odur ki, digər süjetli nümunələr kimi əjdaha və simurq təsvirli xalçalar da düşündürücüdürlər.
Florensiya (İtaliya) şəhərində Kiviko Bardininin muzeyində nümayiş olunan və “Metropoliten” muzeyinin
kolleksiyasını bəzəyən xalçalar (XVI əsr) məhz belə sənət nümunələridirlər.
Süjetli Təbriz xalçaları arasında özünəməxsus bədii həlli ilə seçilən “Dörd fəsil”, ilk növbədə, sənətkarlara
öz yaradıcı fantaziyasının zənginliyini ifadə etməyə imkan verən kompozisiya kimi məşhurdur. Xalçanın
əsas süjetlərini ilin fəsillərinin təsviri təşkil edir. Dörd yerə bölünmüş əsas sahədə yaz, yay, payız və qış
fəsillərini əks etdirən motivlər həkk olunub. Bir qayda olaraq təsvirli haşiyə ilə əhatələnmiş bu süjetlər,
əsasən, insanların müxtəlif fəsillərdə tuş gəl­dik­ləri əmək və iş qayğılarını, fəsillərlə və inanclarla bağ­lı
rəmzləri, Zodiak bürclərini, Şərq ədəbiyyatının mifoloji ob­razlarını əks etdirsə də, bir çox hallarda onların
dövrün məşhur memarlıq abidələri ilə əhatələnməsi təsvirlərə hə­yatilik və inandırıcılıq bəxş edib.
“Dörd fəsil” xalçalarını düşüncələrinin ifadə va­sitəsi hesab edən sənətkarlar hər dəfə yeni çeşnidə Azər­
baycan dekorativ-tətbiqi sənəti, o cümlədən də xalçaçı­lıq üçün səciyyəvi olan ornament və təsvirlərin rəmzi
mahiy­yə­tindən istifadə etməyə çalışmışlar. Onlar kompozisiyanı təşkil edən naxış elementlərində ilin
müxtəlif fəsillərinin mahiyyəti barəsində insanların qədim və yeni düşüncələrinə bədii-dekorativ görüntü
verməyə nail olmaqla, onların tutumlu estetik qaynaq kimi qəbulunu şərtləndirmişlər.
İlin dörd fəslinə bədii-dekorativ, “xalça dili” ilə görüntü verən sənətkarların xalqa qürur gətirən möhtəşəm
me­mar­lıq tikililəri ilə yanaşı, kompozisiyalara tanınmış şair və fikir adamlarının portretlərini daxil etmələri
isə belə şəx­­siy­yətlərə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, həm də xalçaların cəlbediciliyini təmin
etmək məqsədi da­­şı­yırdı. Bu mənada R. Mustafayev adına Azərbaycan Döv­lət İncəsənət Muzeyində və
Nizami Gəncəvi adına Mil­li Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdi­ri­lən bir neçə xalçanın (XIX
əsr), eləcə də vaxtilə Şah Təh­ma­si­bin İmam Rzanın məqbərəsinə hədiyyə etdiyi və hazır­da Məş­həd (İran)
muzeyində saxlanan ecazkar sənət nümu­nə­sinin adını çəkmək olar. Bu xalçalarda Göy məscid, Olcay­tu
Xudabəndə türbəsi, Təxti - Cəmşid saray kompleksi, İmam Rza məqbərəsi və digər məşhur abidələrin, eləcə
də Ömər Xəyyam, Firdovsi, Sədi və Hafiz kimi söz xiridarları­nın təsvirlərinin “Dörd fəsil” xalçalarında yer
alması da de­yi­lən­ləri təsdiqləyir.
Təbriz qrupu nümunələri arasında mahiyyətcə “Dörd fə­sil” kompozisiyasının məna-məzmun yükü ilə
uyğunluq təşkil edən çoxsaylı xalçalar mövcuddur. Ümumi olaraq “Meşə­li” və “Bağçalı” adlandırılan xal-
çalarda Təbriz qrupuna məx­sus “Bağ-behişt”, “Bağ-meşə”, “Sərvistan” və s. nümunələrdəki or­na­mentlərlə
səsləşən rəmzi mənalı təsvir motivlərinə və ayrı-ayrı elementlərə rast gəlmək mümkündür. “Meşəli” xal-
çalarının motivinin zənginliyinə görə ən diqqət çəkənləri sırasında bir parçası Parisin (Fransa) Dekorativ
sənətlər muzeyində, digər hissəsi isə Krakov (Polşa) muzeyində göstərilən iri ölçülü xalçanın adını çəkmək
olar.
Luvrda (Fransa) nümayiş etdirilən və üzərində meşə ilə yanaşı, bu yerlərin ayrılmaz atributu olan hey-
vanların əksi olan xalçanın (XVI əsr) təsvirləri incəliyinə görə öz-özlüyündə qədim miniatür motivləri ilə
səsləşməklə yanaşı, bütünlükdə həm də azərbaycanlı sənətkarların yaradıcı təxəyyülünün genişliyini nü-
mayiş etdirir.
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...362