9
AZƏRBAYCAN XALÇALARININ TƏBRİZ QRUPU:
TARİXDƏN BU GÜNƏ
Çox vaxt “gələcəyə göndərilmiş məktub” kimi dəyərləndirilən Azərbaycan xalçaları arasında Təbriz
qrupuna aid edilənlər ilk növbədə duyğulandırıcı məna-məzmun yükünə və şaşırdıcı bədii-texniki
xüsusiyyətlərinə görə diqqət çəkirlər. Bu qədər yüksək sənətkarlığın əsrlərlə davam etdirilən ənənələr
əsasında formalaşması birmənalıdır. Təbriz memarlıq məktəbi ustalarının təxəyyülünün məhsulu olan
ecazkar tikililərin inşası və miniatür rəssamlarının yaradıcılığı digər sənət növlərinin, o cümlədən xalçaçılı-
ğın inkişafını şərtləndirmişdir.
Əgər burada xalçaçılığın inkişafı üçün coğrafi şəraitin və xammalın olduğunu da nəzərə alsaq, onda bu
sənətkarlıq sahəsinin bütün Azərbaycanda, eləcə də Təbriz və ona yaxın ərazilərdə ya­ranmasını və sonrakı
dövrlərdə yeni-yeni bədii zirvələri fəth et­məsini təbii saymaq olar. Xalça sənəti Təbrizlə yanaşı Ərdəbil,
Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sə­rab, Əhmədabad, Miriş, Əhər, Salmas,
Görəvan, Sennə, Qaradağ və s. yaşayış məntəqələrində də geniş yayılmışdır. Təbriz qrupu xalçaları qədim
bədii-texniki ənənələrə tapınmaqla inkişaf etmiş və bu sahədə özünün əlçatmazlığını təsdiqləmişdir.
Çox qədim nümunələr müasir dövrədək gəlib çatmasa da, de­korativ-tətbiqi sənətin digər növlərində yara-
dılan nü­munə­lər­də xalçaçılığın və ona yaxın sahələrin inkişafda olduğunu təs­diqləyən maddi dəlillər möv-
cuddur. Buna misal olaraq Urmi­ya gölü yaxınlığındakı Göytəpə yaşayış məntəqəsindən və Kaşan yaxınlı-
ğındakı Sialk- təpədən arxeoloji qazıntılar zama­nı üzə çıxarılmış keramika nümunələrinin bəzək örtüyündə
xalçalar üçün də səciyyəvi olan naxışlara rast gəlinməsini, eləcə də Cə­nubi Azərbaycanın Maku şəhəri ya-
xınlığından tapılmış gil at fiqurunun belində naxışlı yəhərin olmasını qeyd etmək olar. Həsənludan tapıl-
mış məşhur qızıl camın (b. e. ə. VIII əsr) üz­­ərindəki şirin belinin naxışlı yəhərlə örtülməsi də qədim Azər­
baycanda, o cümlədən də Təbrizdə və onu əhatələyən yaxın-uzaq məntəqələrdə xalçaçılığın mövcudluğunu
söyləməyə əsas verir. Azərbaycan Sasani dövlətinin (III – VII əsrlər) tərkibində olarkən buradan Avropaya
daşınan müxtəlif mallar arasında xalçalar xüsusi yer tutmuşdur.
Azərbaycan xalçaçılığının diqqətçəkən bədii-estetik uğurları qeyd edilərkən Sasani hökmdarlarının
Mədaindəki sarayını bəzəmiş “Zimistani” (qış) xalısının da adı çəkilməlidir. Təbriz qrupu xalçalarına aid
üzərində ilin fəsillərini əks etdirən “Dörd fəsil” kompozisiyası “Zimistani” xalısının da Azərbaycanda to­
xunduğunu söyləməyə əsas verir. 636-cı ildə sarayın ərəblər tə­rəfindən istilası zamanı bu nadir sənət incisi
də qənimət kimi ələ keçirilmiş və hissələrə ayrılaraq qaliblər arasında bölüşdürülmüşdür. Mənbələr “dün-
yada mövcud olan bütün rənglərin istifadə olunduğu bütün xalının qiymətli daşlarla örtüldüyü”nü qeyd
edirlər.
VI – VII əsrlərdə Azərbaycan yüksək keyfiyyətli xalçalar istehsal edən iri mərkəzə çevrilmişdir. VII əsrdə
bu yerlərdə olmuş məşhur Çin səyyahı Xuan Tes-ankın xatirələrində “Azərbaycan xalçaçılığın ən böyük
mərkəzidir” fikrini dilə gətirməsi də bunun təsdiqidir.
XI – XII əsrlərdə Azərbaycan şəhərlərinin, o cümlədən də Cə­nu­bi Azərbaycan ərazisindəki yaşayış
məntəqələrinin dirçəl­məsi bu yerlərdə mövcud olmuş xalçaçılığın da inkişafının yeni mərhələyə qədəm
qoymasına səbəb olmuşdur. Bununla bəra­bər, VII – XIII əsrlərdə Azərbaycanda baş verən müxtəlif hadisələ­
rin xalçaçılığın inkişafına arzuolunmaz təsirlər göstərdiyi də qeyd edilməlidir. Xalça nümunələri tez-tez,
xüsusilə də monqol istilasından sonra daha çox əhalini girovluqdan can qurtarma va­sitəsinə çevrildiyindən,
sənətkarlar onun bədii dəyərindən çox sayının çoxluğuna üstünlük verməyə məcbur olurdular.
XIII – XVI əsrlərdə Təbriz və ona yaxın şəhərlərdə inşa olunmuş saray və dini memarlıq tikililərinin daxili
tərtibatını burada toxunmuş xalçalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu mənada Təbrizdə ucaldılmış
“Dövlətxana” adlı tikilinin və Əli şah məscidinin, eləcə də Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin adını
çəkmək olar.
XVI – XVII əsrlərdə Təbriz qrupu xalçalarında bədii ənənələ­rin heyrətamiz bədii-texniki səviyyəyə çat-
ması, heç şübhəsiz, XI – XV əsrlərdə onun bədii-estetik məziyyətlərinin davamlı olaraq yeni keyfiyyətlərlə
zənginləşməsi ilə bağlı olmuşdur. Bu­nu şərtləndirən səbəblərdən biri XIII əsrdən başlayaraq Azər­baycan
incəsənətinin dünyada xalçaçılıq və digər bədii sənət növləri ilə yanaşı, həm də insan ağlını ovsunlayan nəfis
miniatür sənəti nümunələri ilə tanınmağa başlaması idi. Təbriz xalçaçılıq ənənələrinin miniatür sənətinin
bədii xüsusiyyətləri ilə qoşalaşması yeni toxuculuq nümunələrinin qeyri-adi ecazkar­lığına və nəfisliyinə
səbəb olmuşdur. O dövrlərdə bir çox mi­ni­atürçü rəssamların, o cümlədən yüksək sənətkarlığı ilə Azər­
baycan təsviri sənəti məkanında silinməz iz buraxmış Sultan Məhəmmədin tez-tez yeni xalça kompozi-
siyalarının hazırlan­masında iştirak etmələri Təbriz xalçalarının özünəməxsus bə­dii-estetik keyfiyyətlərlə
zənginləşməsini, onların bütün dünya­da şöhrət tapmalarını şərtləndirmişdir. XVI – XVII əsr­lərdə bütün
Azərbaycan incəsənətinin, o cümlədən qovşağı ecaz­kar sənət nümunələrinin yaranmasına səbəb olan xalça-
çılığa və miniatürə xüsusi diqqət və onların inkişafının yeni mərhələyə qədəm qoyması Səfəvilər dövlətinin
yaranması, ona I Şah İsmayıl və oğlu Təhmasib kimi sənətsevər hökmdarların başçılıq etmələri ilə bağlı idi.
Bunu dekorativ-tətbiqi sənətin müxtəlif sahələrini əhatə edən və həmin dövrlərə aid olan xalça, metalişləmə,
keramika, daşoyma, parça və tikmə nümunələrinin həm Azərbaycanın, həm də çoxsaylı dünya ölkələrinin
muzey və şəxsi kolleksiyalarını bəzəməsi də təsdiqləyir. Belə nümunələrə XVI əsrdən başlayaraq xalçaçılıq
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...362