16
Berlin (Almaniya) Dövlət muzeyindəki xalça, “Viktoriya və Al­bert” muzeyi və Amerika incəsənət qalere-
yasını bəzəyən nü­munələr, eləcə də “Metropoliten” muzeyinin kolleksiyasında sax­lanılan əsər (XVI əsr) və
digər neçə-neçə toxuculuq nümunəsi “Əf­şan” kompozisiyasının bədii-estetik imkanlarının sonsuzluğunu
təsdiqləyən xalçalardırlar.
“Heris” ( çeşni öz adını Təbrizin şimali – şərqində yerləşən qə­səbədən götürüb) kompozisiyalı nümunələrin
sıxlığı bütünlük­də Təbriz qrupu xalçaları üçün səciyyəvi olan sıxlıqdan az olsa da, onlar bədii həllinin
özünəməxsusluğu ilə başqalarından fərqlənir. Onun kompozisiyası və detalların ümumi formaları “Ləçək-
turunc”un çeşnisi əsasında, əyri xətli nəbati naxışlardan yaradılıb. “Viktoriya və Albert” muzeyində nüma-
yiş et­dirilən “Heris” xalçası bu bədii məziyyətləri özündə yaşadan sənət nümunələrindəndir.
“Görəvan” (onun adı Herisin yaxınlığındakı kənddən götürülüb) xalçasının bədii və texniki xüsusiyyətləri
“Heris”in daşıdığı məziyyətlərlə üst-üstə düşür.
“Baxşayış” (bu xalça da adını Təbriz yaxınlığındakı qəsə­bədən götürüb) xalçasının ortası, bir qayda ola-
raq, hamar yerlikli olur. Keçmişdə bu hissə dəvə yunundan toxunardı. XIX əsrin ikinci yarısından isə bu
yerlik başqa –göy və tünd-qırmızı rəng alır. Xalçanın ümumi sahəsinin və orta hissədə yerləşən gölün ciddi
mütənasibliyə tabe olması kompozisiyaya tarazlıq və yığcamlıq bəxş edir. Orta hissənin və haşiyə zolağının
mərkəzini təşkil edən orta kənarənin küncləri çəpinə ensiz zolaqlarla bəzədilir. Bu bədii xüsusiyyəti, tir­
mələrlə səsləşən “Baxşayış”ı Bakı qrupuna daxil olan “Xilə” və “Suraxanı” xalçalarına yaxınlaşdırır.
“Qərəcə” (bu çeşni öz adını Təbrizdən şimal – şərqdə yer­ləşən Qərəcədağdan götürüb) kompozisiyasının
əsasını xalçanın orta sahəsində bir-birinin ardınca müxtəlif formalı göl və başlıqların sıralanması təşkil edir.
Bədii tərtibatı bəzəkli həndəsi və əyri xətli naxışlardan ibarət olan bu xalçalar ümumi görünüşünə görə
“Şirvan” tipli nümunələrlə səsləşir. Adə­tən, uzadılmış formaya malik olan “Qərəcə”lərin kvadrat biçimlisi
də olur. Dünyanın məşhur sənət saxlanclarında, o cümlədən “Viktoriya və Albert” muzeyində “Qərəcə”
xalçasının XVII əsrdə toxunmuş nümunəsi saxlanılır.
“Ərdəbil” kompozisiyası bu ərazidə qədimlərdən toxunan mürəkkəb çeşnili süjetli və ornamentli xalçala-
rın layiqli “xə­ləfi” kimi özündə cəlbedici bədii-texniki məziyyətləri yaşadır. “Ərdəbil”in müasir dövrə gəlib
çatmış nümunələrinə əsasən demək olar ki, onun bədii mahiyyətində islamla bağlılıq durur. Ölçü etibarilə
çox da böyük olmayan bu xalçadan inanclı insanlar namaz vaxtı istifadə edirdilər. Odur ki, onun bədii həlli
islam dininin tələblərinə müvafiq idi. Bu xalçaya olan tələbatın yarandığı vaxtdan bu günə kimi azalmaması
da onun özündə bədiiliklə dini dəyərlərə ehtiramı qoşalaşdırması olub.
“Ərdəbil”in orta – əsas hissəsini bəzək örtüyü stilizə olunmuş nəbati naxışlarla əhatələnmiş dini mahiyyətli
nəfis xətlə icra olunmuş yazılar təşkil edir. Nəfis xəttatlıq nümunəsi də sayıla biləcək bu yazılar, əsasən,
“Quran”dan götürülmüş ayələrdən və müxtəlif dualardan ibarətdir. Onlar, bir qayda olaraq, xalçanın yu-
xarı hissəsində olub, üzəri örtülmür və namaz qılanın oturduğu yerin qarşısında olur. Belə namazlıq xal-
çalarının mehrablı olması, onların funksiyası ilə səsləşən kompozisiya elementi olmaqla, onu dövrələyən
naxışların ritmli axıcılığının duyulmasına kömək edən bədii görüntü olduğu danılmazdır.
“Namazlıq” kompozisiyası bütün müsəlman dünyası ilə yanaşı, Azərbaycan xalçaçılığında, xüsusilə
də Səfəvilər döv­ründə dini dəyərlərə böyük ehtiram göstərildiyi mə­kanda da çoxsaylı nümunələrlə
zənginləşmişdir. Şərqdə ilk namazlıq xalçalarının Azərbaycanda – Təbriz şəhərində to­xunduğu da ma-
raqlı faktdır. Bu mülahizə həmin tip xalçaların Azərbaycanda daha geniş yayılmasına və onun ən yaxşı
nümunələrinin bu torpaqda yaradılmasına əsaslanır. Azərbaycanda “Canamaz”, “Namazlıq”,“Mehrabi”,
digər müsəlman ölkələrində isə “Tağı” və “Səccadə” adlanan bu tip xalçaların Təbriz qrupu ilə bağlı olanları
həm ölçü, həm də kompozisiyasına görə bir-birindən fərqlənirlər.
Bu tip xalçalar başqalarından həm kompozisiyasına, həm də ölçülərinə görə fərqlənir. Namazlıqlar,
adətən, bir nə­fərin istifadəsi üçün nəzərdə tutulur. Bəzən üç-beş nəfə­rin, nadir hallarda isə daha çox adamın
namaz qılmasına imkan verən xalçalar toxunur. Məscidlərə hədiyyə olunmuş iri xalı – namazlıqlar kütləvi
şəkildə namaz qılınması üçün nə­zərdə tutulur. Topqapı sarayı muzeyində (Türkiyə) saxlanan namazlıq
(XVI əsr) kompozisiyasının bədii həllinə gö­rə çox orijinaldır. Çeşninin naxış elementlərini təşkil edən bulud
və gül palmetlərlə insan çöhrəsinin əsas səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən gözlər, qaşlar və
burun göstərilmişdir. Topqapı sarayı muzeyində qorunan iki namazlıq da (hər ikisi XVII əsrdə toxunub)
rəng örtüyünə və fərqli təsvir motivlərinə görə diqqət çəkir. Tehran Milli muzeyində göstərilən xalçada
(XVII əsr) da naxışların ovsunlayıcı ritmi və duyğulandırıcı koloriti onun bədii əhəmiyyətini şərtləndirən
məziyyətlərdir.
“Şahabbası” xalçası Səfəvi hökmdarı Şah Abbasın (1587 – 1629) adı ilə bağlıdır. Bu kompozisiyanın Şah
Abbasın paytaxtı İsfahana köçürməsindən sonra meydana çıxdığını qeyd etmək olar. “Şahabbası”nın
bədii həlli müəyyən qədər məşhur “Əfşan” kompozisiyalı xalçalarla səsləşsə də, ondan orijinal biçimli
elementləri ilə fərqlənir. Bunun ən qabarıq görüntüsü “Şahabbası gülləri”dir. Bu nəbati ornament fantastik
forma-biçimə malik güllərdən və iki sevənin birləşməsinin rəmzi kimi qəbul olunan əncir yarpaqlarından
ibarətdir. Üfüqi yerləşən bəzək elementlərinin səth boyu asimmetrik düzülüşü də “Şahabbası”nın səciyyəvi
xü­su­siyyətlərindən sayılır.
Sərab şəhərindən olan eyni adlı “Sərab” xalçası da naxış zənginliyi ilə seçilir. Belə xalçaların naxış örtüyü
əsasən iki fərqli kompozisiya əsasında formalaşır. Onların daha çox uzadılmış formaya malik olan birin-
cisi orta hissəsində şaquli xətlərin aparıcı rol oynadığı xalçalardır. Kompozisiyanı rövnəqləndirən bədii
xüsusiyyət məhz çiçəkli budaqlardan yaranan həmin zolaq-xətlərin bir-bi­rinin ardınca asimmetrik düzülü-
şünün bəxş etdiyi estetik dəyərdir. Bu zolaqlar bir-biri ilə “su” adlanan düz xətlərlə yox, “dır­naq” deyilən
dişli xətlə birləşir.
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...362