120
Əsrlər ötdükcə bu obrazlar artıq ənənəvi bəzək elementinə çevrilərək bəzən olduğu kimi, bəzən isə tanınmaz dərəcədə
stilizə edilərək mücərrədləşdirilmişdir.
Xalçanın mərkəzində və eyni istiqamətdə aşağı hissələrdəki ağacların altında sağ və solda “vağ” quşları təsvir edilmişdir.
Avropa və Asiyanın, o cümlədən Azərbaycanın mülayim iqlim şəraitinə malik olan yerlərində bu quşlara tez-tez rast gəlinir.
Vağ quşunun təsviri Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində, həmçinin xalçaçılıqda dönə-dönə tətbiq
edilmişdir.
Ağacların budaqlarındakı tutuquşu, şanapipik, göyərçin, torağay quşlarının təsviri də çox canlı təsir bağışlayır. Xalçada
təsvir edilən qartal da diqqəti cəlb edir. Qartal güc-qüvvət rəmzi kimi yozulur.
1...,110,111,112,113,114,115,116,117,118,119 121,122,123,124,125,126,127,128,129,130,...362