113
Xalçanın haşiyə quruluşu həmkompozisiya, həmdə rəng
tərtibatı baxımından çox zəngindir. Qırmızı yerlikli ana
haşiyə “nəlbəkigül” adlandırılan elementlərlə tərtib edil-
mişdir. Ana haşiyəni bəzəyən beşləçəkli və səkkizləçəkli
güllər qırmızı, sürməyi, ağ, sarı, tünd və açıq-yaşıl, onları
birləşdirən budaqlar isə yaşıl rənglərlə işlənmişdir. Bu tip-
li haşiyələr Qarabağ qrupuna aid olan xalçalarda da tətbiq
edilir.
Ana haşiyə həm daxildən, həm də xaricdən sürməyi,
qırmızı, ağ rəngli çiçəklərlə bəzədilmiş mavi yerlikli
“zəncirə”lərlə əhatə olunub. “Zəncirə”lər sürməyi, ağ-
sürməyi rəngli “su”larla tamamlanır.
Təbriz xalçaları üçün səciyyəvi olan rəng təzadlığı bu
xalçada yüksək peşəkarlıqla saxlanılıb.
Xalçanın ara sahəsinin yumşaq, neytral şəkəri rəngi bir-
birinə son dərəcə əks olan kontrast rənglərlə (əsasən qırmı-
zı, yaşıl, sürməyi) birləşərək, kompozisiyaya çox canlı görü-
nüş gətirir. Digər tərəfdən isə ara sahə elementlərinin rəngi
“göl”ün içərisindəki elementlərin rəngi ilə təkrarlanaraq,
çox baxımlı rəng ahəngdarlığını aydın nəzərə çarpdırır.
Xalçada rəng uzlaşması qanunauyğunluq prinsipləri əsa­
sında həll edilmiş, istər uzaq, istərsə də yaxın məsafədən
bir-birinə qarşılıqlı nüfuz təsiri yaradılmışdır.
Belə yüksək sıxlıqlı xalçalara, adətən, ikiqat ilmə vuru-
lur. Xovunun çox uzun, əriş və arğacının qalın olması xal-
çanı arxa tərəfə qatlamağa imkan vermir. Ona görə də bu
xalça üz tərəfə qatlanır. Bu minvalla xalça zədələnməkdən
sığortalanır. Bu tip xalçaları toxuyarkən ərişə arğacdan
əlavə, xüsusi qalın iplər də keçirilir. Belə xalçaların ölçü-
sü, adətən, 3 kv.m-dən 24 kv.m-dək olur.
Xalça bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma
vəziyyəti əladır.
Xalçanın xovu, əriş və arğacı yundur.
1...,103,104,105,106,107,108,109,110,111,112 114,115,116,117,118,119,120,121,122,123,...362