121
Azərbaycan xalq sənəti növləri içərisində ən çox yayılan
quş rəsmlərindən biri də qartal obrazıdır. Tarixi məxəzlər
göstərir ki, qədimdə Azərbaycan ərazisində yaşayan xalqlar
arasında “quşçu qəbiləsi”, “qartal qəbiləsi” və s. qəbilələr
olmuşdur.
Xalq sənəti növləri içərisində quş rəsmlərinə ən çox xalça-
larda təsadüf olunur. “Quşçu” adı ilə geniş şöhrət tapmış
xalçalar Gəncə, Qazax, Bərdə və Şamaxıda da toxunmuşdur.
Adı çəkilən yerlərdə indi də “Quşlar”, “Quşçu”, “Quşçu ay-
rım” adlı kəndlər, obalar və məhəllələr vardır.
Kaşqarlı Mahmudun verdiyi məlumata görə keçmişdə hər
türk qəbiləsinin quş onqonları olmuşdur. Onlar bu quş on-
qonları öz qəbilələrinin yaradıcısı kimi qəbul etmişlər.
Mənbələr göstərir ki, onqon xarakteri kəsb edən quşlardan
biri də qartal idi.
“Türkmən şəcərəsi”ndə hər oğuz boyuna bir onqon quşu-
nun adı verilmişdir. Belə ki, Salur boyunun onqonu qartal
olmuşdur.
Xalçanın uzun müddət istifadə olunmasından irəli gələrək
xovu yeyilmişdir. Ümumi saxlanma vəziyyəti ortadır, təmir-
bərpa işləri aparılmamışdır. Xalçanın xovu yun, əriş və arğa-
cı pambıqdır. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,111,112,113,114,115,116,117,118,119,120 122,123,124,125,126,127,128,129,130,131,...362