129
Ana haşiyəni əvəz edən hissə isə sürməyi yerliklidir. Sürməyi yerlikdə on mavi yerlikli və on ağ yerlikli kiçik ölçülü me-
dalyonlar, şəkəri-qırmızı rəngli salxım güllər təsvir olunub.
Mavi yerlikli medalyonlarda qırmızı, açıq-bənövşəyi, sürməyi rəngli kiçik ölçülü güllər və yarpaqlar, ağ yerlikli medal-
yonlarda isə qırmızı, şəkəri, sürməyi rəngli qızılgüllər işlənib. Mavi rəngli medalyonlardan xalçanın kənarlarına doğru
dəstə güllər şaxələnir.
Xalçanın künclərində sürməyi yerlikli, sarı rəngli budaqlarla əhatə olunmuş kiçik ölçülü medalyonlar vardır.
Ara sahəni əhatə edən haşiyələri “su”ların əvəzinə sarı rəngli budaqlar tamamlayır.
Bu xalçanın ipləri hələ əyirilməzdən əvvəl, yun halında olarkən boyanır. Bununla da, xalçalarda standart rəng palitrası
əldə edilir. Rəng çalarları şəkəridən başlamış mavi, tünd-bənövşəyi və zəfəran qızılısına qədər dəyişir.
Xalçada şəkəri, qırmızı və sürməyi rənglər çoxluq təşkil edir. Qalan rənglər isə nisbətən az işlədilmişdir. Rənglər mürəkkəb
şəkildə paylaşdırılmış, rəng zənginliyi xalçanın bədii keyfiyyətini yüksəltmişdir. Fonun aparıcı rol oynayan rənginin enerjisi
kompozisiyanın əsas elementlərinin rəngi ilə “sakitləşdirilir”.
Zəngin nəbati naxış tərtibatına malik olan bu xalçada bir rəngdən digərinə keçid yüksək peşəkarlıqla həll edilmiş, rəng
tarazlığı saxlanılmış və hər kəsin zövqünü oxşaya biləcək bir rəng düzümü yaradılmışdır.
Bu xalçanın strukturu “vaza texnikası” adlanır. Bu texnikada bir ilmə üç arğaca vurulur. Birinci və üçüncü arğac yundan
olur və möhkəm dartılır. Ortadakı arğac isə, adətən, ipək və ya pambıqdan olur və az dartılır. Xalça yüksək bədii, tarixi, elmi
əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,119,120,121,122,123,124,125,126,127,128 130,131,132,133,134,135,136,137,138,139,...362