125
Onaltıguşəli böyük ölçülü medalyonun kənarlarını
əhatə edən yaşıl və göy rəngli zolaqda qəhvəyi, sürməyi
rənglərlə işlənmiş beşləçəkli güllər və ağ rəngli yarpaqlar
bir-birinə incə xətlərlə birləşdirilib.
Böyük ölçülü medalyonun kənarları yaşıl və göy
rənglərlə əhatə olunduğu üçün burada yerləşdirilmiş
“qübbə”lərin rəngləri də yuxarıda yaşıl, aşağıda isə göy
rənglidir. “Qüb­bə”lər səkkizguşəli ulduz formalı ağ, göy,
mavi, qırmızı, çəhrayı rəngli nəbati elementlər və ağ rəngli
“dolama is­limi”lərlə zənginləşdirilmişdir.
Ara sahənin yuxarı və aşağı hissəsi ilə “qübbə”lər ara-
sında ağ, sarı, mavi, göy, qırmızı, yaşıl rəngli iki “anagül”
elementi vardır.
Şəkəri rəngli yerlikdə zoğalı, qırmızı, mavi, göy, sürməyi,
ağ, şəkəri, sarı, çəhrayı rəngli müxtəlif formalı və müxtəlif
ölçülü nəbati elementlər səpələnmiş formada işlənib.
Xalçanın ara sahəsinin boz yerliyini zoğalı rəngli ziq-
zaq­vari enli zolaq əhatə edir. Zolaqların kənarlarında gül
salxımları, yarpaqlar, böyük və kiçik ölçülü üçləçəkli, al­
tıləçəkli, səkkizləçəkli və onləçəkli güllər təsvir edilmişdir.
Ara sahənin künclərində ağ yerlikli hissəmavi, göy və zo-
ğalı rənglərlə “mürəkkəb islimi” elementləri ilə bəzədilib.
Zoğalı yerlikli ana haşiyənin bəzəyini ağ, şəkəri, sarı,
ma­vi, göy, sürməyi, çəhrayı, qırmızı, qəhvəyi, yaşıl rəng­
li “anagül”, dördləçəkli, beşləçəkli kiçik gül və maili is­ti­
qamətli “kətəbə”lər təşkil edir. “Kətəbə”lər sürməyi rəng­li
“mürəkkəb islimi”lərlə daha da dolğunlaşdırılmışdır.
Şəkəri yerlikli bala haşiyələrdə də əsas bəzək elemen-
ti kimi “islimi”lərdən istifadə edilib. Ana haşiyədəki
islimilərdən fərqli olaraq, bala haşiyələrdə istifadə olunan
islimilər “sadə islimi”lərdir.
Sürməyi yerlikli haşiyə zolağında isə şəkəri, mavi rəngli
üzüm yarpaqlarının və zoğalı rəngli üzüm salxımlarının
təsviri verilib.
Haşiyə zolaqları sürməyi və mavi rəngli “su”larla ayrılır.
Çoxsaylı rənglərdən və rəng çalarlarından istifadə
edil­məsi xalçaya zəngin görünüş gətirir. Rənglər mahir
sənətkar tərəfindən peşəkar səviyyədə bir-biri ilə uyğun-
laşdırılmışdır.
Rəng seçimində sakit rənglərə üstünlük verilmiş, kont-
rast rənglərdən isə az istifadə olunmuşdur.
Şəkəri, zoğalı və mavi rənglər əsas, göy, sürməyi, ağ, çəh­
rayı, yaşıl, sarı, boz, açıq və tünd-qəhvəyi rənglər isə təsvir
olunan elementlərin daha da canlı və təbii görünməsi üçün
istifadə edilən köməkçi rənglərdir. İncə toxunuşu və rəng
kont­rastı ona fərqli bir görünüş bəxş edir.
Xalçanın xovu yun, əriş və arğacı isə ipəkdir.
Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir, saxlanma
və­ziyyəti əladır.
1...,115,116,117,118,119,120,121,122,123,124 126,127,128,129,130,131,132,133,134,135,...362