117
Xalça “Ağaclı“ kompozisiyası əsasında tərtib edilmişdir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Kərpici yerlikli ara sahədə yeddi ağac təsviri verilib. Şaquli istiqamətdə işlənmiş orta sahədəki iki ağac
digərlərinə nisbətən daha böyükdür. Ən böyük ölçülü ağacın budaqları şəkəri rənglə, yarpaqları açıq-mavi
rənglə, gövdəsi isə şəkəri, açıq-yaşıl və qara rənglə, nisbətən kiçik ağacın budaqları şəkəri, yarpaqları yaşıl,
çiçəkləri boz, şəkəri, qara, açıq-mavi və yaşıl, gövdəsi isə şəkəri və qara rənglə işlənmişdir. Yuxarı hissənin
künclərində budaqları uzanaraq bir-birinə qovuşan iki ağac təsvir edilmişdir. Sağ tərəfdəki ağac şəkəri,
kərpici, qara, yaşıl və mavi rənglərlə, sol tərəfdəki ağac isə çəhrayı, şəkəri, yaşıl rənglərlə tərtib edilib.
Xalçanın aşağı hissəsində qara, şəkəri, yaşıl rənglərlə işlənmiş daha iki ağac və bir qədər aralıda çəhrayı
rəngli gövdəsi, budaqları və qara rəngli çiçəkləri olan ağac vardır.
Ağaclardan başqa, ara sahəni çəhrayı, boz, qara, şəkəri rəngli dörd, beş, altı və yeddiləçəkli gülləri olan
kollar, yaşıl otlar bəzəyir.
Xalçanın ara sahəsində müxtəlif quş cinsləri erkək və dişi olaraq cüt-cüt təsvir edilmişdir. Cüt təsvirlər
məhəbbət rəmzi kimi verilirdi. Şəkəri rəngli çöl quşları daha böyük ölçüdə, tovuzquşları isə onlara nisbətən
kiçik ölçüdə təsvir edilmişdir. Tovuzquşları boz, şəkəri, sürməyi, sarı rənglərdə işlənmişdir. Erkək tovuzqu-
şunun quyruğunun lələkləri bütün gözəlliyi ilə təsvir olunmuşdur. Ara sahənin mərkəzində, böyük ölçülü
ağacın solunda qara, şəkəri, qəhvəyi rəngli uzun
quyruğu olan xoruz və şəkəri, qəhvəyi, qara, ağ,
qırmızı rənglə işlənmiş toyuq təsviri vardır.
Açıq-yaşıl yerlikli ana haşiyədə “anagül” ele-
menti və güllərin arasında sağ və sol istiqamətdə
pələng təsvirləri verilib. Pələnglər ağ rəngli, qara
xallı və qara quyruqludur. Güllərin yarısı qırmı-
zı haşiyəli, yarısı isə qara haşiyəlidir. Güllərin
ətrafı çəhrayı rəngli qızılgüllərlə əhatə olunub.
Ana haşiyənin digər boşluqları ağ, sarı rəngli ki-
çik güllərlə bəzədilmişdir.
Anahaşiyəni daxildənəhatə edənbalahaşiyə isə
tünd-qəhvəyi, mavi, boz rəngli gül və qara, mavi
rəngli yarpaqlarla bəzədilib. Kənar bala haşiyəni
xaricdən “S”-ə bənzər elementlər işlənmiş açıq-
qəhvəyi yerlikli zəncirələr əhatə edir. Daxili
bala haşiyə isə hər iki tərəfdən doğanağabənzər
motivlər işlənmiş açıq-qəhvəyi zəncirələrlə ta-
mamlanır. Kiçik ölçülü doğanağabənzər ele­
mentlər quş qanadlarını xatırladır.
Ara sahəni qara yerlikli “S” hərfinə bənzər
elementləri olan zəncirələr əhatə edir.
Ara sahəni əhatə edən zəncirə yaşıl, qırmızı və
sarı rəngli “su”larla tamamlanır.
Xalçanın özünəməxsus rəng tərtibatı onu digər
xalçalardan fərqləndirir. İsti və soyuq rənglərin
yüksək peşəkarlıqla uzlaş­ma­sından çox baxımlı
rəng düzümü yaradılmışdır.
Xalçanın rəngləri gözoxşayan və şuxdur. Toxu-
cu tərəfindən hətta kiçik ölçülü elementlərin bir
rəngdən digərinə keçidi yüksək peşəkarlıqla həll
edilmişdir.
Xalçanın yuxarı və aşağı hissələrində ağ rəngli
ipək saçaqlar vardır. Saxlanma vəziyyəti əladır.
Tarixi, bədii, elmi əhəmiyyətə malikdir. Xalçanın
xovu və arğacı ipək, ərişi isə pambıqdır.
1...,107,108,109,110,111,112,113,114,115,116 118,119,120,121,122,123,124,125,126,127,...362