124
Bu xalçada Səfəvilər dövründə geniş yayılmış ornamentlər üstünlük təşkil edir. Xalçanın mürəkkəb naxışlarla zənginliyi
və rəng çalarları ona xüsusi ahəng verir. Xalça “Ləçək-turunc“ kompozisiyası əsasında tərtib edilmişdir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Ara sahə boz və zoğalı rənglərlə tərtib edilib. Boz rəngli yerlikdə iç-içə səkkiz və onaltıguşəli iki medalyon təsviri veri-
lib. Onaltıguşəli medalyonun kənarları yuxarı hissədə göy, aşağı hissədə yaşıl rənglə, fonu isə zoğalı rənglə işlənmişdir.
Medalyonun zoğalı rəngli yerliyi ağ, şəkəri, göy, mavi, sürməyi, yaşıl, boz, açıq və tünd-qəhvəyi rənglərlə bir-birinə əks
istiqamətdə on altı gül, mavi rəngli “sadə islimi” elementi açıq və tünd-qəhvəyi rəngli yarpaqlarla bəzədilmişdir.
Səkkizguşəli ağ rəngli medalyonun mərkəzindəki zoğalı, qəhvəyi, ağ, yaşıl, sürməyi rəngli səkkizləçəkli gül və ətrafındakı
mavi rəngli “dolama islimi”lər onu daha da gözəlləşdirir.
Bu xalçanı “Ləçək-turunc” kompozisiyalı digər xalçalardan fərqləndirən əsas cəhət mərkəzdə təsvir edilmiş ağ rəngli
səkkizguşəli medalyonun və onu əhatə edən güllərin digər elementlərə nisbətən daha qabarıq şəkildə toxunmasıdır.
1...,114,115,116,117,118,119,120,121,122,123 125,126,127,128,129,130,131,132,133,134,...362