128
Bu xalçada Qərbi Avropa mədəniyyətinin, xüsusən də İngiltərə və Fransanın
həmin dövr incəsənətində tətbiq olunan formalar və ənənəvi Təbriz naxışları
sintez şəklində iştirak edir. Yelənsiz toxunan bu xalça özünəməxsusluğu və
yeni üslub axtarışı ilə seçilir. Sözsüz ki, bu, xalçanın toxunduğu dövrün siya-
si və mədəni mühiti ilə əlaqəli idi. Avropalıların burada məskunlaşması və
iqtisadi əlaqələrin yaradılması xalçaçıların yeni forma axtarışına çıxma-
sına səbəb olmuşdu.
“Ləçək-turunc“ kompozisiyası əsasında toxunmuş bu xalça mü­
rəkkəb naxış tərtibatına malikdir.
Xalçanın qırmızı yerlikli ara sahəsində şəkəri yerlikli rombva-
ri formalı böyük ölçülü göl yerləşdirilmişdir. Gölün içərisində
mavi rəngli, nisbətən kiçik göl, onun da içərisində səkkizləçəkli
açıq-qəhvəyi rəngli kiçik göl yerləşdirilmişdir. Qalan hissələr
isə müxtəlif kiçik ölçülü elementlərlə doldurulmuşdur.
Gölün aşağı və yuxarı hissələrində iki şəkəri yerlikli
“qübbə” yerləşdirilib. Azərbaycanın Təbriz və digər qrup-
larına aid olan xalçalarda bağlayıcı element kimi işlədilən
“qübbə” bu xalçada kiçik ölçülü olması ilə fərqlənir. Gö-
lün aşağı və yuxarı hissələrindəki “qübbə”lərin “göl”ə
birləşən hissələrində ağ və göy rənglərlə işlənmiş kiçik ölçü-
lü səkkizləçəkli gül vardır. “Qübbə”lərin içərisində sürməyi
rənglə haşiyələnmiş qırmızı, ağ və göy rənglərlə işlənmiş
səkkizləçəkli güllər, uc hissəsində isə yeddi ədəd gül təsvir edil-
mişdir. Gölün kənarları xaricdən şəkəri, açıq-qəhvəyi, açıq-yaşıl
və sürməyi rənglərlə bir-birinə zəncirvari formada birləşmiş üzüm
və tənəklərlə tamamlanır.
Xalçanın ara sahəsinin boşluqları, gölün dörd tərəfi şəkəri, mavi,
qəhvəyi rənglərlə işlənmiş çiçəkli və yarpaqlı budaqlarla bəzədilmişdir.
Xalçanın haşiyə bəzəyi digər xalçaların haşiyəsindən çox fərqlidir. Belə
ki, ara sahəni ənənəvi formalı mədaxillər əvəzinə oval formalı nəhəng
çələngəbənzər şəkəri, açıq-qəhvəyi, açıq-yaşıl və sürməyi rəngli kiçik ölçü-
lü, müxtəlif növ gül-çiçək və yarpaqlar əhatə edir. Güllərin sırasında dörd
böyük, dörd kiçik ölçülü çiçək dəstəsi vardır.
1...,118,119,120,121,122,123,124,125,126,127 129,130,131,132,133,134,135,136,137,138,...362