115
Belə güman edilir ki, bu süjetli xalça Hafizin divanına həsr edilib. Hafizin şeirləri
aşiqanə məzmuna malikdir. Qız oğlanın görüşünə gedir.
Hər tərəfində, hər guşəsində atla qız və oğlan təsvirləri görünən xalçada məhəbbət
əsas mövzu kimi seçilib.
Xalçada təsvir edilmiş heyvanlar da erkək və dişi olaraq cüt təsvir edilib.
Xalçanın ara sahəsi çox zəngin və hərəkətlidir. Atlılar, bir-biri ilə söhbət edən iki gənc,
zəngin təbiət mənzərəsi – güllər-çiçəklər, ağaclar, çay təsvir edilib.
Ara sahədə at üstündə üz-üzə dayanmış iki gənc təsvir edilmişdir ki bu, qədim tarixə
malik olan “Çövkən” oyununu xatırladır. Eyni zamanda, ara sahədə çay kənarında su
içən quşlar təsvir edilib. Xalçada qadınlar kiçik quşları, ceyranı, kişilər isə əjdahanı,
maralı, çöl donuzunu, öküzü ovlayırlar.
Qadınlar zərif məxluq olduqları üçün yüngül, kişilər isə daha qamətli, güclü olduqları
üçün ağır işləri görürlər.
Kişilərin əlində ox, nizə, qılınc vardır. Ova gedən iki atlının (kişi və qadın) önündə biri
qara, biri boz olmaqla iki tazı təsvir olunmuşdur.
Xalçanın ana haşiyəsində də biraşırı dəyişilərək ov ovlayan, quş quşlayan, at çapan
qadın və kişi təsvirləri verilib.
Ana haşiyənin yuxarı sol küncündə ceyranı nizə ilə ovlayan kişi, aşağı sol küncündə
isə eyni formada qadın təsvir edilmişdir. Sağ aşağı və yuxarı künclərdə isə ov dalınca
qaçan atlı və qucağında ceyran balası tutmuş qadın təsvir edilib.
Ana haşiyənin yuxarı hissəsində, mərkəzdə ov tutmuş qadın, aşağı hissədə isə
ovu kəsən qadın və əlində qılınc tutan çapar təsvir edilmişdir.
Ara sahənin yuxarı hissəsində sağda “
” (Kaşan xalçasının toxunuşu),
solda “
” (Qarışıq Ələvi xalçası) yazılmışdır.
Sağ və sol hissədə isə şaquli istiqamətdə dovşanı ovlayan pələng, ceyranı ovlayan
şir, ilanı öldürən kişi, əlində ox və kamanla quş ovlayan qadın təsvir edilmişdir.
Ana haşiyəni qəhvəyi yerlikli bala haşiyələr, bala haşiyələri isə eyni rəngli mədaxillər
əhatə edir.
Bütün haşiyələri isə, öz növbəsində, qəhvəyi rəngli “su”lar əhatə edir.
Xalçanın toxunuşunda qara, qırmızı, kərpiciyə çalan qırmızı, şəkəri, ağ, mavi, açıq-
yaşıl, qəhvəyi, açıq-qəhvəyi, çəhrayı, boz rənglərdən istifadə olunmuşdur.
Toxucu xalçanın ara sahəsindəki rəngləri haşiyə hissəsində də təkrar-təkrar tətbiq
edərək, xüsusi rəng ahəngdarlığına nail olmuş və çox baxımlı bir rəng düzümü
yaratmışdır.
Xalçada tətbiq edilən yumşaq, neytral rənglər bir-birinə son dərəcə əks olan kontrast
rənglərlə birləşərək, kompozisiyanı çox canlı edir. Sakitləşdiriçi elementlərin rəngi isə
ana və bala haşiyələrdə təkrarlanaraq, kolorit baxımından tərtibatda yüksək peşəkarlığı
aydın nəzərə çarpdırır.
Xalçanın saxlanma vəziyyəti əladır. Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,105,106,107,108,109,110,111,112,113,114 116,117,118,119,120,121,122,123,124,125,...362