119
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Sürməyi yerlikli ara sahədə müxtəlif ölçülü ağac təsvirləri veril-
mişdir. Xalçada təsvir edilmiş motivlər simmetrik və asimmetrik
düzülüşlə işlənmişdir.
Azərbaycanın dekorativ-tətbiqi sənətində çox geniş yayılmış naxış-
lardan biri də nəbati naxışlardır. Bu tipli naxışlar XV – XVIII əsrlərdə
ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati naxışlar içərisində ən
çox yayılanları ağac və güllərdir.
Azərbaycanda ağac təsvirlərinə tunc dövrü və erkən dəmir dövrünə
aid məmulatlarda rast gəlirik. Lakin ağac süjetinin inkişafı daha
əvvəllər – insanların istehsal fəaliyyətinə keçdikləri, ovçu kamanını
əkinçi toxası əvəz etdiyi dövrdə başlanır. Ovçu məişətində fasiləsiz
hərəkət, bir sıra ardıcıl, təkrarlanan hallar nəzərdə tutulduğundan,
bədii obrazlar sisteminin özü də həmin prinsip üzrə qurulmalı idi.
Əkinçiliyə keçməklə həyatda, o cümlədən də incəsənətdə yeni ya-
naşma mənimsənilir. O vaxtdan etibarən bitki, xüsusilə ağac daimi
bolluq, məhsul üçün ümid və həyəcan simvoluna çevrilir.
Xalçada simmetriya əsasında qurulmuş bu nəbati naxışlarda ağacla-
rın gövdəsi və budaqları əsas ana xətti təşkil etmiş, onların üzərindəki
gül-çiçək və yarpaqlar isə əlavə naxış ünsürləri kimi tərtib edilmiş-
dir. Ağacların budaqları ara sahənin müxtəlif hissələri istiqamətində
şaxələnərək boşluqları doldurmuş, gül-çiçək, yarpaq motivləri ilə
zənginləşmişdir.
Ağaclardakı güllər mavi, açıq-qəhvəyi, sarı, şəkəri, tünd-qırmızı
rənglərlə, yarpaqlar tünd və açıq-yaşıl, qəhvəyi-sarı, qəhvəyi-yaşıl, sa-
rı-yaşıl, mavi-qəhvəyi rənglərlə tərtib edilib.
Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində, o
cümlədən xalçalarda nəbati elementlərlə yanaşı, zoomorf və əfsanəvi
obrazlar da qədim dövrlərdən işlənərək, bəzədikləri əşyalara yüksək
bədii məna bəxş etmişlər. Bu obrazlar içərisində ən çox yayılanlardan
biri quş obrazıdır. İlk əvvəllər quş obrazları ulu dini ayin və mifik
təsəvvürlərlə əlaqədar olaraq tətbiq olunurdusa, orta əsrlərdə onlar,
daha çox, xalq nağılları, rəvayətləri, təmsilləri ilə, bir sözlə, folklorla
bağlı olmuşdur.
1...,109,110,111,112,113,114,115,116,117,118 120,121,122,123,124,125,126,127,128,129,...362