112
Xalça göl və “Bağçada güllər” kompozisiyası əsasında tərtib edilmişdir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Xalçada eyni təsvirin təkrarlanması və kiçik ornamentlərin zənginliyi ona xüsusi məzmun, gözoxşayan görünüş bəxş edir.
Şəkəri yerlikli ara sahənin mərkəzi hissəsində içərisində qırmızı, yaşıl, sarı, ağ rəngli gül-çiçək işlənmiş bir böyük ölçü-
lü sürməyi yerlikli düz və “ziqzaq” xətli çoxbucaqlı göl yerləşdirilmişdir. Gölün aşağı və yuxarı hissələrində iki sürməyi
yerlikli “qübbə” vardır. “Qübbə” elementindən xalçaçılar, adətən, kompozisiyanın bağlayıcı elementi kimi istifadə edirlər.
Gölün aşağı və yuxarı hissələrindəki “qübbə”lərin “göl”ə birləşən hissələrində kiçik ölçülü iki müxtəlif formalı romblar
yerləşdirilmişdir. Gölün kənarları ağ-qara və qırmızı “su”larla haşiyələnir.
Şəkəri yerlikli ara sahədə qırmızı, tünd və açıq-yaşıl, sarı, ağ və sürməyi rəngli gül-çiçək motivləri simmetrik, bəzən isə
asimmetrik düzülüşlə tərtib edilmişdir.
Gül-çiçək təsvirləri öz təbii rəngləri ilə elə ustalıqla işlənmişdir ki, ilk baxışdan canlı təsir bağışlayır. Bu elementlər xalçanın
ara sahəsi boyunca sıx rapportlarla düzülərək, xalçaya nizamlı görünüş gətirmişdir. Xalçanın ara sahəsinin yuxarı hissəsinin
ikinci və aşağı hissəsinin son cərgəsində üfüqi istiqamətdə zanbaq gülləri, qalan hissədə isə qızılgüllər və qərənfillər təsvir
edilmişdir.
Ara sahəni sağ və soldan sürməyi, qəhvəyi rəngli diliklər işlənmiş mədaxil əhatə edir. Yuxarı, aşağı hissələrdə isə diliklər
qırmızı və sürməyi rənglərlə işlənib. Mədaxillər xaricdən qırmızı, daxildən isə qırmızı və ağ rənglərlə işlənmiş “su”larla
tamamlanır.
1...,102,103,104,105,106,107,108,109,110,111 113,114,115,116,117,118,119,120,121,122,...362