132
Xalçanın təsvirindən aydın olur ki, onu toxuyanlar peşəkar,
məktəb keçmiş və bu sahədə böyük təcrübəyə malik olub. Olduq-
ca incə naxışların gözə çarpması, hər birinin ayrı-ayrılıqda önə
çıxması rəng seçimi ilə bərabər, istifadə olunan yunun keyfiyyətli
və xovun qısa olması ilə izah edilə bilər.
“Ləçək-turunc” kompozisiyası əsasında toxunmuş bu xalça di­
gər “Ləçək-turunc” kompozisiyalı xalça ilə eynidir. Bu xalçaların
eyni kompozisiya ilə toxunmasına baxmayaraq ölçülərində, bəzi
hissələrdə yerliyin və elementlərin rəngində cüzi dəyişiklik var-
dır. Təbrizdə, adətən, xalçaları eyni kompozisiya ilə cüt-cüt toxu-
yurdular. Bu eyni kompozisiyalı xalçaların toxucuları ayrı olduğu
üçün bu fərqlər yaranır. Bu xalçanın ana və bala haşiyələri əvvəlki
“Ləçək–turunc” xalçasına nisbətən ensiz, yerliyi isə cüzi dərəcədə
tünddür. Ara sahənin yerliyinin rəngindəki və naxışlardakı cüzi
fərqlər də nəzərə çarpır.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Ara sahə boz və zoğalı rənglərlə tərtib edilmişdir. Boz rəngli
yerlikdə iç-içə səkkiz və onaltıguşəli iki medalyon təsvir edilmiş-
dir. Onaltıguşəli medalyonun kənarları yuxarı hissədə göy, aşağı
hissədə yaşıl rənglə, fonu isə zoğalı rənglə işlənmişdir. Medalyo-
nun zoğalı rəngli yerliyində ağ, şəkəri, göy, mavi, sürməyi, yaşıl,
boz, açıq və tünd-qəhvəyi rənglərlə bir-birinə əks istiqamətdə on
altı gül, mavi rəngli “sadə islimi” elementi, açıq və tünd-qəhvəyi
rəngli yarpaqlar təsvir edilmişdir.
Səkkizguşəli ağ rəngli medalyonun mərkəzindəki zoğalı, qəh­
vəyi, ağ, yaşıl, sürməyi rəngli səkkizləçəkli gül və ətrafındakı ma­
vi rəngli “dolama islimi”lər onu daha da gözəlləşdirir.
Bu xalçanı “Ləçək-turunc” kompozisiyalı digər xalçalardan fərq­
ləndirən cəhət mərkəzdə təsvir edilmiş ağ rəngli səkkizguşəli me-
dalyonun və onu əhatə edən güllərin digər elementlərə nisbətən
daha qabarıq şəkildə tərtib edilməsidir.
Onaltıguşəli böyük ölçülü medalyonun kənarlarını əhatə edən
yaşıl və göy rəngli zolaqda qəhvəyi, sürməyi rənglərlə işlənmiş
beşləçəkli güllər və ağ rəngli yarpaqlar bir-birinə incə xətlərlə bir­
ləşdirilib.
Böyük ölçülü medalyonun kənarları yaşıl və göy rənglərlə əhatə
olunduğu üçün burada yerləşdirilmiş “qübbə”lərin rəngləri də
yuxarıda yaşıl, aşağıda isə göy rənglidir. “Qübbə”lər səkkizguşəli
ulduz formalı ağ, göy, mavi, qırmızı, çəhrayı rəngli nəbati
elementlər və ağ rəngli “dolama islimi”lərlə zənginləşdirilmişdir.
Ara sahənin yuxarı və aşağı hissəsi ilə “qübbə”lər arasında ağ,
sarı, mavi, göy, qırmızı, yaşıl rəngli iki “anagül” elementləri təsvir
edilib.
Şəkəri rəngli yerlikdə zoğalı, qırmızı, mavi, göy, sürməyi, ağ,
şəkəri, sarı, çəhrayı rəngli müxtəlif formalı və müxtəlif ölçülü
nəbati elementlər səpələnmiş formada təsvir edilmişdir.
Xalçanın ara sahəsinin boz yerliyini zoğalı rəngli ziqzaqvari enli
zolaq əhatə edir. Zolaqların kənarlarında gül salxımları, yarpaq-
lar, böyük və kiçik ölçülü üçləçəkli, altıləçəkli, səkkizləçəkli və
onləçəkli güllər təsvir edilmişdir.
1...,122,123,124,125,126,127,128,129,130,131 133,134,135,136,137,138,139,140,141,142,...362