133
Ara sahənin künclərindəki ağ yerlikli hissə mavi, göy və zoğalı rənglərlə “mürəkkəb islimi” elementləri ilə bəzədilib.
Zoğalı yerlikli ana haşiyənin bəzəyini ağ, şəkəri, sarı, mavi, göy, sürməyi, çəhrayı, qırmızı, qəhvəyi, yaşıl rəngli “ana-
gül”, dördləçəkli, beşləçəkli kiçik gül və maili istiqamətli “kətəbə”lər təşkil edir. “Kətəbə”lər sürməyi rəngli “mürəkkəb
islimi”lərlə daha da dolğunlaşdırılmışdır.
Şəkəri yerlikli bala haşiyələrdə də əsas bəzək elementi kimi “islimi”lərdən istifadə edilib. Bala haşiyələrdə istifadə olunan
islimilər “sadə islimi”lərdir.
Sürməyi yerlikli haşiyə zolağı isə şəkəri, mavi rəngli üzüm yarpaqları və zoğalı rəngli üzüm salxımları ilə bəzədilib.
Haşiyə zolaqları sürməyi və mavi rəngli “su”larla ayrılır.
Xalçanın rəng tərtibatında çoxsaylı rənglərdən və rəng çalarlarından istifadə olunmuşdur. Rənglərin bir-biri ilə uyğunlaş-
dırılmlası və əlaqəsi peşəkar səviyyədə həll edilib. Rəng seçimində, əsasən, sakit rənglərə üstünlük verilib. Kontrast rənglərə
isə daha çox haşiyə zolaqlarının tərtibatında rast gəlirik.
Şəkəri, zoğalı və mavi rənglər əsas; göy, sürməyi, ağ, çəhrayı, yaşıl, sarı, boz, açıq və tünd-qəhvəyi rənglər isə elementlərin
daha da canlı və təbii görünməsi üçün istifadə edilən köməkçi rənglərdir.
Xalçanın yuxarı və aşağı hissələrində şəkəri rəngli ipək saçaqlar vardır. Sıx toxunuşlu bu xalçanın xovu yun, ərişi ipək,
arğacı isə pambıqdandır.
Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir, saxlanma vəziyyəti əladır.
1...,123,124,125,126,127,128,129,130,131,132 134,135,136,137,138,139,140,141,142,143,...362