136
Qaşqaylarda yunqırxma mərasimi xüsusi əhəmiyyət kəsb edirdi. Əsasən heyvandarlıqla məşğul olan qaş-
qayların yun ehtiyatı çox olurdu. Bu isə xalçaçılığın inkişafına təkan verən əsas amil hesab olunur.
Köçmə həyat tərzi xalçaların ölçüsünə birbaşa təsir edən amil idi. Xalça məişətdə mühüm vasitə olduğun-
dan toxunuş zamanı onun rahat daşınması, yuyulması nəzərə alınırdı. Qaşqaylar ağır, böyük ölçülü və qalın
xalça məmulatlarından yan qaçırdılar. Onlar bir xalçanı yaylağa və ya qışlağa köçənə qədər tamamlayırdılar.
Bu amil də xalçanın ölçüsünə təsir edirdi. Yalnız təbii boya maddələrindən istifadə edən qaşqaylar həndəsi
şəkildə işlənmiş ulduz, kərpic və heyvan təsvirlərinə üstünlük verirdilər. Onların yaşadığı ərazidə şirlərin
çoxluğu həmin heyvan təsvirinin də xalçaya həkk olunmasına səbəb olmuşdur.
Xalçanın kompozisiyası ara sahə və haşiyələrdən ibarətdir.
Sürməyi yerlikli ara sahə stilizə olunmuş həndəsi və nəbati elementlərlə işlənmişdir. Ara sahədə şaquli
istiqamətdə bir-birinin ardınca beş səkkizguşəli ulduzabənzər medalyon təsvir edilib. Ulduzabənzər medal-
yonlar qırmızı, çəhrayı, mavi, tünd və açıq-yaşıl rənglərlə işlənib. Mavi, açıq və tünd-yaşıl rəngli ulduz-
ların mərkəzində nisbətən kiçik ölçülü səkkizguşəli, kənarlarında ağ rəngli “qarmaqlı” həndəsi element
yerləşdirilmişdir. Həndəsi elementin çəhrayı rəngli yerliyi göy rəngli kiçik dördbucaqlı, ağ, sarı rəngli romb
və səkkizləçəkli həndəsi formalı güllə bəzədilib. Qırmızı və çəhrayı rəngli ulduzların mərkəzində isə eyni
elementlər sarı, ağ, çəhrayı, göy, qırmızı rənglərlə işlənmişdir. Ulduzların fonunda və “qarmaq”larında
gözqaytarıcı məna kəsb edən kiçik “romblar” təsvir edilmişdir. Qədim inanclara görə bu naxışlar evi bəd
nəzərlərdən qoruyurdu.
Ulduzların sağ və sol hissələrində şaquli istiqamətdə ağ və sarı rəngli stilizə olunmuş “balıq” elementləri
üz-üzə, cüt-cüt təsvir edilib. “Balıq” elementləri bir-birinə sarı-çəhrayı-yaşıl və sarı-qırmızı-göy rəngli
kənarları pilləli, uzunsov həndəsi güllərlə birləşdirilmişdir. Gülləri dörd tərəfdən “ox”lar əhatə edir. “Balıq”
elementlərinin arasında və xalçanın ara sahəsinin sağ və sol hissələrində ağ, sarı, göy, yaşıl, çəhrayı rəngli
qarmaqlı elementlər rənglərinə görə biraşırı əvəzlənərək, xalçanın ümumi görünüşünə xüsusi gözəllik gətirir.
Əsas elementlərdən başqa, ara sahəni səkkizləçəkli həndəsi gül­lər, gözqaytarıcı rombvari elementlər və ara
sahəni daxildən əhatə edən ağ, sarı, narıncı, qırmızı, çəhrayı, göy, açıq və tünd-yaşıl rəngli, “qarmaqlı” adlan-
dırılan elementlər daha da zən­gin­ləşdirir.
1...,126,127,128,129,130,131,132,133,134,135 137,138,139,140,141,142,143,144,145,146,...362