137
Xalçanın ara sahəsi kimi, haşiyəsi də çox
zəngindir. Bir-birindən fərqli haşiyə zolaqları xal-
çanın ümumi kompozisiyasını tamamlayır.
Ana haşiyə “tirməsayağı” adlanan mai-
li istiqamətdə işlənmiş rəngarəng zolaqlardan
ibarətdir. Zolaqların rəng seçimində ara sahədə
tətbiq olunan ağ, sarı, narıncı, qırmızı, çəhrayı,
göy, sür­məyi, qara, açıq və tünd-yaşıl rənglərdən
istifadə edilmişdir. Hər zolaq da bir-birinin ar-
dınca düzülmüş “gülabdan-buta” adlandırılan
elementlərlə bəzədilib. Bu təsvirlər ana haşiyəni
daha dinamik göstərir.
Bala haşiyələrin hər ikisi ağ yerlikli olsa da,
təsvir olunan elementləri müxtəlifdir. Ara sahəni
əhatə edən bala haşiyədə ağ, sarı, narıncı, qır-
mızı, çəhrayı, göy, sürməyi, qara, açıq və tünd-
yaşıl rənglərlə insan və “quş”, daha dəqiq desək,
“ördək” təs­virləri verilib. Təsvirlər bir-birinə
əks formada düzülmüşdür. Ana haşiyəni əhatə
edən bala haşiyədə isə ağ, sarı, narıncı, qırmızı,
çəhrayı, göy, sürməyi, qara, açıq və tünd-yaşıl
rənglərlə “damğa” kimi tanınan dilikli romblar
və nisbətən kiçik ölçülü üçbucaq və dördbucaqlı
həndəsi elementlər təsvir edilmişdir.
Ara sahəni əhatə edən bala haşiyə hər iki tə­
rəfdən qara rəngli “siçandişi” elementləri, “si­
çandişi”ləri isə kilim xovsuz xalçalarında tət­biq
edilən qırmızı-yaşıl-çəhrayı rəngli “dilikli” ad-
landırılan haşiyə zolağı əhatə edir. Göy, çəhrayı
və qəhvəyi rəngli “su”lar ana haşiyəyə bitişik
olan bala haşiyəni tamamlayır.
Xalçanın rəng tərtibatı kontrast rənglər əsasında
qurulmuşdur. Qırmızı, qara, göy, yaşıl, narıncı
rənglər bir-birinə zidd rənglər olsa da, bu xal-
çada yüksək ahəngdarlıqla uzlaşdırılmışdır. Bu
uyğunlaşdırma, göründüyü kimi, peşəkar usta
tərəfindən qanunauyğunluqla həll edilmişdir.
Ağ, sarı, çəhrayı rənglər isə həm ara sahənin, həm
də haşiyə hissəsinin rəng ahəngini tarazlayır.
Xalçanın yuxarı və aşağı hissələrində boz rəngli
saçaqlar vardır. Xalçanın xovu, əriş və arğacı yun-
dur. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
Saxlanma vəziyyəti əladır.
1...,127,128,129,130,131,132,133,134,135,136 138,139,140,141,142,143,144,145,146,147,...362