208
Təbriz şəhəri müxtəlif sənətkarların bura toplaşması
nəticəsində bölgənin mədəniyyət mərkəzinə çev-
rilmişdi. Sıx mədəni əlaqələr Təbriz xalçaların-
da yeni naxış kompozisiyalarının yer almasına
təkan verdi. Tezliklə mürəkkəb quruluşu, zərif
toxunuşu ilə seçilən xalçalar yüksək bədii
sənətkarlıq zirvəsinə ucaldı. Şəhərdə
formalaşan peşəkar boyaqçılar gözox-
şayan xalçalara fərqli çalarlar vermək
üçün müxtəlif boyama texnikalarından
istifadə edirdilər. Ləçək-turunc kompo-
zisiyası müxtəlif Təbriz xalçalarında
fəal iştirak edir. Hər bir sənətkar öz
fərdi görüşlərini bu kompozisiyaya
əlavə etməklə bir-birindən seçilən
nümunələrin yaranmasına çalışırdı.
Xalça “Ləçək-turunc“ kompozisi-
yası əsasında toxunmuşdur. Xalça-
nın bədii quruluşu ara sahə və haşiyə
hissəsindən iba­rətdir. Sürməyi yerlikli
ara sahənin mərkəzində şəkəri yerlik-
li, kənarları ləçəkli göl yerləşmişdir.
Gölün içərisində dördləçəkli çəhrayı
rəngli, kənarları ləçəkli kiçik ölçülü me-
dalyon vardır. Kiçik ölçülü medalyonun
içərisində şəkəri, tünd-qırmızı, sürməyi,
açıq-yaşıl, tünd- qəhvəyi rənglərlə işlənmiş
gül-çiçək və yarpaq motivləri təsvir edilmiş-
dir. Kiçik ölçülü medalyonun kənarlarından
gölün boşluqlarına doğru şaxələnən güllü-çiçəkli
budaqlar yüksək peşəkarlıqla tətbiq edilmişdir. Gölün
kənarındakı ləçəklər moruğu rəngli “su”larla işlənib.
1...,198,199,200,201,202,203,204,205,206,207 209,210,211,212,213,214,215,216,217,218,...362