209
Xalçanın ara sahəsinin aşağı və yuxarı künclərində açıq-qəhvəyi yerlikli yarımçıq medalyonlar vardır. Bu yarımçıq me-
dalyonlar birləşdirildikdə bütöv bir medalyon forması alınır. Medalyonların kənarları şəkəri rəngli, dilikli yarpaq motivləri
ilə əhatə olunub. Yarpaqların üzərində mavi, moruğu rəngli çiçəklər işlənmişdir. Xalçanın künclərindəki medalyonların
kənarlarında yuxarı hissənin boşluqlarına doğru şaxələnən güllü-çiçəkli, yarpaqlı budaqları olan ağaclar vardır. Qəhvəyi
yerlikli medalyonların içərisi də gül-çiçək motivləri ilə bəzədilib.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi şəkəri-qəhvəyi, moruğu-sumağı rənglərlə işlənmiş gül- çiçəklərlə bəzədilmişdir. Bu-
daqlardakı yarpaqlar açıq-yaşıl, kənarları isəmavi, şəkəri rəngli “su”larla işlənmişdir. Ana haşiyəni hər iki tərəfdən içərisində
zoğalı, mavi rəngli çiçəklər və şəkəri rəngli yarpaqlar işlənmiş açıq-qəhvəyi yerlikli bala haşiyələr əhatə edir. Bala haşiyələrin
kənarlarını içərisində zoğalı-şəkəri, yaşıl-şəkəri rəngli dilikli motivlər işlənmiş mədaxillər əhatə edir. Mədaxillərin kənarları
qara, şəkəri və sumağı “su”larla tamamlanır. Xalçada açıq və tünd rənglərin ənənəvi qanunauyğunluqla uzlaşdırılmasın-
dan hər kəsin zövqünü oxşayan rəng palitrası yaradılmışdır. Açıq və şux rənglərlə işlənmiş gül-çiçək və yarpaq motivləri
sürməyi yerlikdə çox təzadlı görünür.
Təbriz xalçaları üçün səciyyəvi olan nəbati elementlər çox incəliklə tətbiq edilmişdir. Toxucu xalçanın ara sahəsində və
haşiyə hissəsində təsvir edilmiş güllərin, çiçəklərin, yarpaqların və ağac budaqlarının kənarlarını tamamlayan “su”ların
rənglərini biraşırı dəyişdirərək, ümumi rəng tərtibatını daha da zənginləşdirmiş və çox baxımlı bir rəng düzümünə nail
olmuşdur. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır. Saxlanma vəziyyəti əladır.
1...,199,200,201,202,203,204,205,206,207,208 210,211,212,213,214,215,216,217,218,219,...362