212
Xalçanın yuxarı və aşağı hissələrində, medalyonların içərisində
qadın təsvirləri vardır. Qadınların sağ və solunda güllü-çiçəkli ağac-
lar təsvir edilib. Xalçanın künclərində medalyonlar forma etibarilə
mərkəzdəki medalyonla eyni olub, kiçik ölçülü olması ilə fərqlənirlər.
Ara sahənin sağ və solunda uzunsov kətəbələrin içərisində şikəstə nəstəliq xətti ilə yazılar işlənmişdir. Ara sahənin sol
hissəsindəki kətəbənin içərisində yazılmışdır: “
(Sən sultansan, cavansan, dərviş kimi tənhasan, nə tacın var, nə də hörmətin. Seyid də olsan, sən yenə həminsən. Gərək bir
yerə söykənəsən, ondan sonra həyatını davam edəsən. Süleymanın şahlığına bax, o da taxtdan düşdü).
Ara sahənin sağ hissəsindəki kətəbənin içərisində yazılmışdır:
” (Əgər bir vaxt nəyəsə əl atsan, Rüstəm kimi güclü bir
adamla döyüş. Elə insanların qəbrinin üstünə get, səcdə et! Oraya getsən, o yol çox əyri-üyrüdür. 1299)
Xalçanın yuxarı və aşağı hissələrindəki kətəbələrin içərisində şikəstə nəstəliq xətti ilə “
(Nur Əli Şah) yazısı ilmələrlə işlənmişdir.
1...,202,203,204,205,206,207,208,209,210,211 213,214,215,216,217,218,219,220,221,222,...362