211
Hökmdarlara həsr edilmiş xalçala-
rın bədii tərtibatında miniatür-portret-
çi rəssamlar, xəttatlar və təcrübəli xal-
çaçılar iştirak edirdilər. Bu tipli xalçaların
məzmununu dərinləşdirən Təbriz sənətkarları
obrazlara canlı duyğular aşılayırdılar. Sənətkar
xalçaçılar sənətin qanunu olan kamillik və tamlıq
prinsipini daim yadda saxlayaraq, hər bir dövrün
tələbinə uyğun sənət əsərləri yaradırdılar.
“Dərviş“ kompozisiyası əsasında toxunmuş bu xalçanın
bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Sürməyi yerlikli ara sahəninmərkəzində uzunsov, dairəvi medalyo-
nun içərisində sumağı yerlikdə Nurəli Şah oturmuş halda təsvir edilir. Nurəli
Şah 1757-ci ildə İsfahanda sufi Faiz Əli Şahın (Mirzə Əbdül Hüseyn) ailəsində
anadan olmuşdur. MəsumƏli Şahın Şirazda məskunlaşdığından xəbərdar olan
gənc Nurəli Şah atası ilə birlikdə oraya köçərək, Məsum Əli Şahın təriqətinin
mənəvi qardaşları olurlar. Müasirlərinin dediklərinə görə həddindən ziyadə
gözəl və həqiqətən xarizmatik şəxs olan Nurəli Şah dövrünün məşhur şairi və
yazıçısı olaraq, 12 nəzm və nəsr əsəri yaratmışdır.
Ortodoksal şiə ruhaniliyini kəskin tənqid atəşinə tutan Nurəli Şahın həm
özü, həm də ailəsi ruhanilər tərəfindən təqib olunmuşlar. Şiə ruhaniliyini Allah
kəlamına “hərfi” münasibətdə suçlandırması və özünü şiə imamlarının naibi
adlandıraraq qeyb olmuş şiə imamı ilə daimi təmasda olduğunu bəyan etməsi
ilə Nurəli Şah islam ruhanilərini daha çox qıcıqlandırırdı. Bu səbəbdən də onun
qətlinə fitva verildiyindən Nurəli Şahın öldürülməsinə bir neçə dəfə cəhd olun-
muş, nəhayət, o, 1797-ci ildə 40 yaşında ikən zəhərlənərək qətlə yetirilmişdir.
Medalyonun aşağı hissəsində bir cüt ördək təsviri vardır. Nurəli Şahın sağ və
solunda təpələrdə ağac təsvirləri vardır. Onun arxasında bina, binanın üstündə
uçan quş, səmada bulud, altında döşək təsviri görünür. Nurəli Şahın qarşısın-
da kəşkül (çanta), əlində təbərzin təsvir edilmişdir. Medalyonun kənarlarında,
künclərdə güllü-çiçəkli, yarpaqlı budaqlar var. Medalyonun kənarları şəkəri
yerlikli haşiyə ilə əhatə olunub.
1...,201,202,203,204,205,206,207,208,209,210 212,213,214,215,216,217,218,219,220,221,...362