213
Xalçanın zoğalı yerlikli ana haşiyəsində qa-
dın, kişi, müxtəlif heyvan və quş təsvirləri var-
dır. Haşiyənin boşluqları ağ xallı kəpənəklər,
ağac və digər bitki motivləri ilə doldurulmuş-
dur. Ana haşiyə hər iki tərəfdən şəkəri yerlikli
bala haşiyələrlə əhatə olunub. Ara sahəni əhatə
edən bala haşiyə güllü-çiçəkli və yarpaqlı bu-
daqlarla bəzədilib. Güllər çəhrayı, qırmızı,
sür­məyi, ağ, şəkəri, açıq-qəhvəyi; budaqlar və
gül­lərin kənarlarındakı “su”lar sürməyi, zo-
ğalı rənglərlə işlənmişdir. Haşiyənin kənarları
qara rəngli sularla tamamlanır. Xalçanın ana
haşiyəsini əhatə edən şəkəri yerlikli kənar
haşiyə sarmaşıq düzülüşü ilə düzülmüş gül-
çiçək, yarpaq və budaqlarla bəzədilib. Güllər
mavi, qırmızı, açıq-qəhvəyi, yarpaqlar isə çəh­
rayı və açıq-qəhvəyiyə çalan rənglərlə işlən­
mişdir. Güllərin kənarları zoğalı və sürməyi
“su”larla tamamlanır. Budaqlar zoğalı, bə­zən
isə sürməyi rənglərlə tərtib edilmişdir. Ha­
şi­yənin kənarları hər iki tərəfdən qara rəngli
“su”larla tamamlanır.
Xalça çox zəngin rəng tərtibatına malikdir.
Müxtəlif isti və soyuq rənglərin peşəkarlıqla
uzlaşmasından hər kəsin zövqünü oxşayan bir
görünüş yaradılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdan-
dır. Saxlanma vəziyyəti əladır. Xalça yüksək ta-
rixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,203,204,205,206,207,208,209,210,211,212 214,215,216,217,218,219,220,221,222,223,...362