216
Qədim toxuculuq məntəqələrindən biri olan Herisdə xalçaların kompozisiyası toxucuların yaddaşı əsasında tərtib olunur-
du. Belə tərtibatlı xalçalar hələ XVI əsrdən başlayaraq xüsusi şöhrət qazanmışdır. İlmələrinin xüsusi sıxlığı, xovunun hün-
dürlüyü və ölçüləri “Heris” xalçalarına özünəməxsusluq bəxş edir və peşəkarlar tərəfindən dəyərləndirilir. Belə xalçalardan
məşhur saray və malikanələrdə geniş istifadə olunurdu.
Xalça zəngin naxış tərtibatına malikdir. Bədii quruluşuna görə “Ləçək-turunc” kompozisiyasına yaxındır. “Ləçək-turunc”
kompozisiyasına xas olan əyrixətli nəbati naxışlar “Heris” xalçalarında da tətbiq edilir. Lakin zaman keçdikcə bu kompozi-
siyanın naxışları sərbəst xalça çeşnisinə çevrilmişdir.
“Heris” xalçaları kompozisiya tərtibatı ilə əlaqədar olaraq böyük ölçülərdə toxunurdu.
Xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən ibarətdir.
Mavi yerlikli ara sahənin mərkəzində qarşı tərəfləri dilikli və düzxətli qırmızı rəngli böyük ölçülü altıbucaqlı yerləşdiril­
miş­dir. Dilikli xətlərin kənarları ağ-çəhrayı rəngli kiçik dördbucaqlarla bəzədilmişdir. Qalan boşluqlar isə ağ, çəhrayı, zoğa-
lı, mavi, şəkəri rəngli gül-çiçəklərlə doldurulmuşdur.
Ara sahənin qırmızı yerlikli hissəsində sürməyi rəngli böyük ölçülü səkkizguşəli göl yerləşdirilmişdir. Sürməyi yerlikli
gölün içərisində rombşəkilli element vardır. Rombun aşağı, yuxarı, sağ və sol hissələrində yerləşdirilmiş “qübbə” mavi-
qırmızı-ağ rənglərlə işlənmişdir. “Qübbə”lərin arasında isə açıq-yaşıl yerlikli, çəhrayı-mavi-ağ-qırmızı rəngli dördləçəkli
güllər işlənmiş həndəsi element işlənmişdir. Rombvari gölün içərisində çəhrayı rəngli nisbətən kiçik ölçülü göl, onun da
mərkəzində sürməyi rəngli səkkizləçəkli gül yerləşdirilmişdir. Çəhrayı yerlikli gölün qalan boşluqları açıq-yaşıl-qırmızı-ağ
rəngli kiçik ölçülü müxtəlif həndəsi və nəbati naxışlarla doldurulmuşdur. Gölün mərkəzində isə mavi yerlikli onikiləçəkli
gül və qırmızı rəngli səkkizbucaqlı həndəsi element təsvir edilmişdir. Onun da mərkəzində ağ-qırmızı-sürməyi rənglərlə
işlənmiş səkkizguşəli ulduz vardır.
Sürməyi rəngli böyük ölçülü gölün yuxarı və aşağı hissələrindən ara sahənin aşağı və yuxarı hissələrinə doğru yönəlmiş
sürməyi yerlikli “qübbə” yerləşdirilmişdir. “Qübbə”nin mərkəzində kənarları dilikli, mavi yerlikli altıbucaqlı və altıbucaq-
lının mərkəzində qırmızı-ağ rəngli “ox”şəkilli həndəsi element təsvir edilmişdir. “Qübbə”dən xalçaçılar, adətən, kompozi-
siyanın bağlayıcı elementi kimi istifadə edirlər.
Qırmızı yerlikli ara sahənin boşluqları açıq-yaşıl, sürməyi, ağ, çəhrayı, mavi, şəkəri rəngli gül-çüçək və həndəsi elementlərlə
doldurulmuşdur.
Xalçanın künclərində mavi yerlikdə iç-içə, kənarları çıxıntılı çəhrayı-ağ-mavi rəngli yarımçıq göllər təsvir edilmişdir. Bu
yarımçıq gölləri birləşdirdikdə bütöv bir göl alınır. Yarımçıq göllərin içərisi və haşiyələri açıq-yaşıl, ağ, çəhrayı, mavi, göy,
sürməyi, şəkəri, zoğalı rəngli müxtəlif kiçik ölçülü elementlərlə doldurulmuşdur. Mavi rəngli kənarları dilikli yarımçıq
göllərin mərkəzində səkkizləçəkli güllər işlənmişdir.
1...,206,207,208,209,210,211,212,213,214,215 217,218,219,220,221,222,223,224,225,226,...362