217
Xalçanın sürməyi yerlikli ana haşiyəsi çox zəngindir.
Açıq-qəhvəyi-zoğalı-mavi- çəhrayı, ağ- zoğalı- çəhrayı- mavi,
mavi- şəkəri- sürməyi- qırmızı, zoğalı- mavi- çəhrayı- ağ
rəngli “anagül” elementi biraşırı dəyişdirilərək ana haşiyə­ni
zənginləşdirir. “Anagül”lər bir-birindən mavi, çəhrayı, zo-
ğalı, ağ, açıq-qəhvəyi rəngli “ox”şəkilli elementlərlə ayrılır.
Ana haşiyənin boşluqlarını zoğalı, çəhrayı, şəkəri, mavi
rəngli səkkizləçəkli güllər, bu gülləri bir-birinə bağlayan
düz xətlər, kiçik ölçülü romb, dördbucaqlı, dörddilli çarx və
güllər bəzəyir.
Açıq-qəhvəyi yerlikli bala haşiyələri mavi, sürməyi, zo-
ğalı, ağ, çəhrayı rəngli aşağısı “ox”şəkilli “buta”lar və eyni
rənglərlə işlənmiş dördləçəkli güllər bəzəyir. Bu elementlər
bir-birindən qəhvəyi rəngli dalğavari xətlərlə ayrılır.
Ana haşiyəni bala haşiyələrdən çəhrayı yerlikli zoğalı,
mavi rəngli kiçik romblarla bəzədilmiş mədaxillər ayırır.
Haşiyələr arasında ardıcıllıq yaratmaq üçün qəhvəyi,
mavi rəngli ”su”lardan istifadə olunmuşdur. Xalçanın ara
sahəsini qəhvəyi rəngli “su”lar əhatə edir.
Xalçanın sağ və sol hissələri tünd-qəhvəyiyə çalan sumağı
rənglərlə işlənmişdir.
Zəngin rəng çalarlarına malik olan bu xalçada ənənəvi
rəng tərtibatı yüksək peşəkarlıqla həll edilmiş və xüsusi
ahəng yaradılmışdır. Xalçada ona yaxın rəng çalarlarından
is­tifadə edilmişdir. Əsas nəzərəçarpan rənglər qırmızı, ma­
vi və sürməyidir. Kontrast rənglərə üstünlük verilməsi xal-
çanı çox baxımlı və şux etmişdir.
Xalçanın saxlanma vəziyyəti əladır.
Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,207,208,209,210,211,212,213,214,215,216 218,219,220,221,222,223,224,225,226,227,...362