221
vəyi, sürməyi, çəhrayı, zoğalı rəngli altıləçəkli güllər
və bu gülləri bir-birinə zəncirvari formada bağlayan
sürməyi rəngli dalğavari xətlər və kiçik ölçülü üçbucaq-
lar təsvir edilmişdir.
Ara sahəni və “zəncirəni” xaricdən bala haşiyələr əhatə
edir. Mavi yerlikli bala haşiyənin bəzəyini toxucular ara-
sında “qazayağı” adlandırılan elementlər təşkil edir. Bu
elementlər qırmızı, sürməyi, şəkəri, ağ, çəhrayı, zoğalı,
açıq-qəhvəyi rənglərlə işlənmişdir. Bala haşiyənin bəzi
yerləri nisbətən tünd rənglə tərtib edilmişdir.
Bala haşiyəni xaricdən çəhrayı yerlikli “mədaxil”
əhatə edir. Mədaxilin kənarları şəkəri və zoğalı rəngli
“su”larla tamamlanır.
Ara sahəni əhatə edən birinci haşiyə zolağı “cağ”dır.
Bu element xalçalarda ara sahəni haşiyə hissəsi ilə bağ-
layır və kompozisiyanı əlaqələndirir. “Cağ” elementi ara
sahənin rənginə uyğun olaraq, şəkəri və kərpici rənglə
tərtib edilmişdir.
Xalçanın çox baxımlı və ahəngdar rəngləri vardır.
Müxtəlif rənglərin tonlarından istifadə edilməklə çox
zən­gin rəng palitrası yaradılıb. Bununla bərabər, xalça
kolorit etibarilə “ağır” görünür, gözü yormur. Rənglə­
rin müxtəlifliyi xalçada təsvir olunan elementlərin zən­
g­inliyi ilə əlaqədardır. Xalçada ilk baxışdan diqqəti cəlb
edən qırmızı, sürməyi və şəkəri rənglərdir. Digər rənglər
(mavi, göy, çəhrayı, açıq-qəhvəyi, kərpiciyə çalan qırmı-
zı, zoğalı, yaşıl) isə xalçanın ümumi kompozisiyasını ta-
mamlayır və əsas rənglər arasında əlaqə yaradır.
Beləliklə, Təbriz xalçaları üçün səciyyəvi olan rənglər
bu xalçada yüksək peşəkarlıqla tərtib edilmiş, rəng ta-
razlığı saxlanılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
Xalça elmi, bədii, tarixi, əhəmiyyət kəsb edir. Saxlan-
ma vəziyyəti əladır.
1...,211,212,213,214,215,216,217,218,219,220 222,223,224,225,226,227,228,229,230,231,...362