220
Təqdim olunan bu xalça-
nın boyanma texnikası di­
gərlərindən kəskin surətdə
fərqlənir. İplər, adətən, mineral-
lardan istifadə edilərək boyanırdı.
Tədricən bu minerallar xalçanın xo-
vuna təsir göstərsə də, ümumi görünüşdə
naxışlara xüsusi relyeflilik bəxş edirdi. Məhz
ona görə də belə xalçaların xovunu çox vaxt
daha hündür edirdilər. Xalçanın naxış kompo-
zisiya həllində də formalaşmış üslub nəzərə çarpır.
Adətən, bu tip xalçalarda naxışlar həm şaquli, həm də
üfüqi istiqamətdə ardıcıllıqla təkrarlanır ki, bu da ümumi
görünüşə xüsusi dinamika bəxş edir. Xüsusi sifariş əsasında
hazırlanan bu tip xalçalar Yaxın Şərq və Qərbi Avropada,
ABŞ-da peşəkarlar tərəfindən yüksək dəyərləndirildiyin­dən,
6 kv.m-dən 40 kv.m-ə qədər ölçülərdə toxunurdu.
Mürəkkəb kompozisiyaya malik olan bu xalçanın bədii qu-
ruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Qırmızı yerlikli ara sahədə bərabər rapportlarda nəbati
elementlər təsvir edilmişdir. Şəkəri, mavi, çəhrayı, sürməyi,
qırmızı rəngli gül-çiçək, budaq və yarpaq təsvirləri sıra ilə
düzülmüşdür. Xalçaçılar arasında “Gülbutaq” adlandırılan
“anagül” elementləri xalçaya incə görünüş gətirmişdir.
Ara sahənin mərkəzində ağ yerlikli rombşəkilli göl
yerləşdirilmişdir. Gölün daxili bəzəyini təşkil edən element­
lər ara sahədə təsvir
olunmuş
elementlərin
tək­rarıdır. Gölün uc his­sə­
ləri “ox”larla tamamlanır. Göl
da­xil­dən “dilikli” haşiyə bə­zəyi
ilə haşiyələnmişdir. Ha­şiyə bəzə­
yini təşkil edən digər ele­ment­lər ağ-
qara rəngli “siçandişi” və çəhrayı rəngli
“su”lardır.
Xalçanınara sahəsininkünclərindəböyükölçülü
medalyonun dörddə bir hissəsi təsvir edilmişdir. Bu
çoxbucaqlı yarımçıq gölün hər birinin uc hissələrində
“ox” təsvirləri verilmişdir. Gölün ara sahəsinin və haşiyə
hissəsinin istər bəzəkləri, istərsə də rəngləri mərkəzdəki
gölün bəzək və rəngləri ilə eynidir.
Digər Təbriz xalçaları kimi, bu xalça da zəngin naxış və
rəng vəhdətindən yaranmış haşiyə quruluşuna malikdir.
Sürməyi yerlikli ana haşiyə mavi, göy, çəhrayı, şəkəri, açıq-
qəhvəyi, kərpiciyə çalan qırmızı, zoğalı, yaşıl, sürməyi rəngli
“anagül” elementləri ilə bəzədilib.
Haşiyə bəzəyinin tərtibatında “su”lardan çox istifadə edil-
mişdir. Bütün haşiyə bəzəkləri hər iki tərəfdən bir-birindən
şəkəri, qırmızı rəngli “su”larla ayrılır. Bu element haşiyə
hissəsi­nin görünüşünün ardıcıl olmasına imkan yaradır.
Ana haşiyəni iki tərəfdən “zəncirə”lər əhatə edir. “Zən­
cirə”nin ağ yerliyində qırmızı, mavi, göy, şəkəri, açıq-qəh­
1...,210,211,212,213,214,215,216,217,218,219 221,222,223,224,225,226,227,228,229,230,...362