225
Ara sahəni şəkəri yerlikli yaşıl və qırmızı rəngli “cağ”lar əhatə
edir. “Cağ”ı digər haşiyə zolaqlarından fərqləndirən cəhət onun
bütün xalçalarda deyil, bəzilərində istifadə olunmasıdır. “Cağ”lar
ara sahə ilə haşiyə zolaqlarını bir-biri ilə əlaqələndirir.
Şəkəri yerlikli ana haşiyədə qara, qırmızı, açıq-yaşıl, qəhvəyi
rənglərlə altıləçəkli gül, qönçə və dalğavari formalı budaqlar
təsvir edilib.
Ana haşiyə hər iki tərəfdən “qarmaqlı” adlanan “mədaxil”lərlə
əhatə edilmişdir.
Bala haşiyələr “Butalı” adlandırılan bəzək zolaqlarından
ibarətdir.
Ana haşiyə və bala haşiyələr bir-birindən şəkəri, qırmızı və ya-
şıl rəngli “siçandişi”lər və “su”larla ayrılır.
“Balıq” xalçaları üçün səciyyəvi olan rənglər bu xalçada
yüksək peşəkarlıqla tərtib edilmiş, ənənəvi kolorit uzlaşma-
sı, rəng tarazlığı saxlanılmışdır. Kontrast rənglərin bir-biri ilə
uzlaşmasından göz oxşayan şux bir
görünüş yaradılmışdır. Xalçada ilk
baxışdan sürməyi və qırmızı rənglər
diqqəti cəlb edir. Digər rənglər
(mavi, göy, açıq-qəhvəyi, kərpiciyə
çalan qırmızı, zoğalı, yaşıl) isə ikinci
dərəcəli olmaqla əsas rənglər arasın-
da əlaqə yaradır.
Xalçanın yuxarı və aşağı hissəsində
ağ rəngli saçaqlar vardır. Xalçanın
xovu yun, əriş və arğacı pambıqdır.
Saxlanma vəziyyəti əladır. Xalça
tarixi, bədii, elmi əhəmiyyətə malik-
dir.
1...,215,216,217,218,219,220,221,222,223,224 226,227,228,229,230,231,232,233,234,235,...362