224
Qısa xovu və sıx toxunuşu, gözəl təsviri ilə seçilən bu xalça peşəkar ustalar tərəfindən toxunmuşdur. Xüsusi cins qoyun-
ların yunundan istifadə olunduğu üçün onun ipləri zərifliyi və incəliyi ilə seçilir. Əsasən, kübar evlərdə yerə sərilmək üçün
nəzərdə tutulan bu xalçalar müxtəlif ölçülərdə toxunsa da, dövrün dəbinə uyğun olaraq, xüsusi maraq kəsb etmişdir. Rəng
həllində duyulan həmahənglik xalçaya xüsusi çalar bəxş edir.
Xalça “Balıq” və “Bəndi-rumi” kompozisiyaları əsasında toxunmuşdur. Xalçanın kompozisiya quruluşu ara sahə və haşiyə
hissəsindən ibarətdir.
Ara sahə rombvari şəbəkə formasında, başqa sözlə, üfüqi istiqamətdə simmetrik formalı, kiçik məsafəli rapportlarla tərtib
edilmişdir. Rombları təşkil edən elementlər isə Təbriz xalçalarında tez-tez istifadə edilən “balıq” elementləridir. “Şəbəkə”
üslubu təkcə xalçaçılıq sənətində deyil, dekorativ-tətbiqi sənətin bütün növlərində tətbiq edilir. Bu üslub həm Azərbaycan,
həm də bütün Şərq incəsənətində mühüm yer tutan “Bəndi-rumi” adı ilə məşhurdur. “Bəndi-rumi”, yazılı mənbələrdən
də məlum olduğu kimi, hələ X əsrdə məşhur olmuşdur. Bu kompozisiyadan xalçaçılıqda, kitabların bədii tərtibatında,
miniatürlərdə, memarlıq abidələrinin daxili və xarici bəzəklərində və s. yerlərdə istifadə olunurdu. “Bəndi-rumi” kompozi-
siyasının özəlliyi onun həm sadə, eyni zamanda, mürəkkəbliyindədir.
Ara sahənin qara yerliyində şəkəri, sarı, yaşıl, mavi, qırmızı, qəhvəyi rənglərlə işlənmiş kiçik ölçülü “balıq” və ya “yar-
paq” elementləri, səkkizləçəkli güllər, romblar təsvir edilmişdir. Ara sahənin yuxarı və aşağı künclərindəki güllər və romb-
lar yarımçıq formalıdır.
1...,214,215,216,217,218,219,220,221,222,223 225,226,227,228,229,230,231,232,233,234,...362