234
Xalçanın rəng tərtibatı çox zəngin olmasa da, olduqca səliqə ilə uyğunlaşdırılmışdır. Bəzi rənglərin olduqca yumşaq çaları
isə xüsusi ahəng yaradır. Xalçanın toxunduğu dövr ticarət əlaqələrinin genişləndiyi və yeni yaradıcı axtarışların zənginləşdiyi
dönəm kimi dəyərləndirilməlidir. Burada da müəyyən yeni axtarışların izləri duyulsa da, əsasən, mövcud ənənə qorunub
saxlanmışdır. İncə naxışlar, xırda elementlər bu tip xalçalara xüsusilə baxımlı görkəm verir. Bu çeşni əsasında Naxçıvanda,
Qarabağda və Şabran rayonu ərazisində xalçalar toxunmuşdur.
Bu xovlu xalça Ərdəbildə toxunmuşdur. Xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən ibarətdir. Kərpiciyə çalan
qırmızı yerlikli ara sahədə sürməyi yerlikli, böyük ölçülü göl yerləşdirilmişdir. Gölün yuxarı və aşağı hissələri mehrabşəkilli,
sağ və sol hissələri isə “ziqzaq”şəkilli diliklərlə işlənmişdir. Mehrabşəkilli və dilikli zolaqlar yaşıl yerliklidir. Yaşıl zolaqla-
rın üzərində qırmızı rəngli, latın əlifbasının “Z” hərfinə bənzər cüzi nəzərəçarpan kiçik ölçülü elementlər işlənmişdir. Yaşıl
yerlikli zolaqların kənarları xaricdən qara, ağ, qırmızı, daxildən isə qırmızı, sarı “su”larla işlənib. “Su”ların kənarlarında
xaricdən ağ, qara, qırmızı rəngli, daxildən isə sarı, qırmızı, mavi rəngli dördləçəkli güllər işlənmişdir.
Gölün içərisində qırmızı, qəhvəyi, yaşıl, göy rənglərlə işlənmiş onaltıləçəkli güllər təsvir edilmişdir. Gölün ara sahəsində
bir-birinin ardınca düzülmüş üç bütöv və dörd yarımçıq medalyon işlənmişdir. Medalyonların kənarları qırmızı rəngli zo-
laqla əhatə olunub, zolaqlar hər iki tərəfdən yaşıl rəngli “su”larla tamamlanır.
Gölün boşluqlarında yaşıl, qırmızı, qəhvəyi, mavi rəngli, kənarları dilikli yarpaqlar vardır. Xalçada təsvir edilən bu yar-
paqlar balığa bənzədiyi üçün toxucular bu elementləri “balıq” adlandırmışlar. Bu tipli “balıq” motivlərinə Quba qrupunun
“Herat-Pirəbədil” və Qarabağın “Balıq” xalçalarında da rast gəlinir.
1...,224,225,226,227,228,229,230,231,232,233 235,236,237,238,239,240,241,242,243,244,...362