229
Qırmızı yerlikli ara sahənin boşluqları açıq-yaşıl, sür­
məyi, ağ, çəhrayı, mavi, şəkəri rəngli gül-çiçək, yarpaq,
budaq və həndəsi elementlərlə doldurulmuşdur.
Xalçanın künclərindəki ağ yerlikdə iç-içə yerləş­di­
rilmiş yarımçıq göllər təsvir edilib. Bu yarımçıq göllə­
ri birləşdirdikdə bütöv bir göl alınır. Yarımçıq göllərin
içə­risi və haşiyələri açıq-yaşıl, ağ, çəhrayı, mavi, göy,
sürməyi, şəkəri, zoğalı, sarı rəngli kiçik ölçülü müxtəlif
elementlərlə bəzədilmişdir. Qalan boşluqlar isə ağ,
çəhrayı, zoğalı, mavi, yaşıl, şəkəri rəngli gül-çiçəklərlə
doldurulmuşdur.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi çox zəngindir.
Qəhvəyi, zoğalı, mavi, çəhrayı, ağ, şəkəri, sürməyi, qırmızı, sarı, açıq-yaşıl rəngli “çayniknişan”, “anagül”, yarpaq elementləri
ana haşiyənin əsas elementləridir. Ana haşiyənin boşluqlarını zoğalı, mavi, çəhrayı, ağ, şəkəri, sürməyi, qırmızı, sarı, açıq-
yaşıl rəngli səkkizləçəkli güllər, bu gülləri bir-birinə bağlayan dalğavari xətlər, kiçik ölçülü güllər və “buynuz” elementləri
bəzəyir.
Açıq-qəhvəyi yerlikli bala haşiyələri mavi, sürməyi, zoğalı, ağ, çəhrayı rəngli güllər və qönçələr bəzəyir. Bu elementlər bir-
biri ilə sürməyi rəngli dalğavari xətlərlə birləşir.
Haşiyələr arasında ardıcıllıq yaratmaq üçün çəhrayı, ağ, mavi, qırmızı rəngli ”su”lardan istifadə olunmuşdur. Ağ rəngli
“su” xalçanın ara sahəsini əhatə edir.
Zəngin rəng çalarlarına malik olan bu xalçada rəng tərtibatı yüksək peşəkarlıqla həll edilmiş və xüsusi ahəng yaradılmış-
dır. Kontrast rənglərə üstünlük verilməklə hər bir kəsin zövqünü oxşayan bir görünüşə nail olunmuşdur. Xalçada ona yaxın
rəng çalarlarından istifadə edilmişdir. Əsas nəzərəçarpan rənglər qırmızı, sürməyi və ağdır.
Xalçanın yuxarı və aşağı hissələrində ağ rəngli kiçik ölçülü saçaqlar vardır. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
Saxlanma vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,219,220,221,222,223,224,225,226,227,228 230,231,232,233,234,235,236,237,238,239,...362