230
Xalça. Yun. Xovlu. 570x100. 1860-cı il. Təbriz qrupu. Azərbaycan.
Rənglərin zənginliyi və harmonik uyğunluğu belə xalçalara xüsusi
gözəllik bəxş edir. Qoyun yunu ilə bərabər, dəvə yunundan da toxu-
nan belə xalçalar yüksək keyfiyyəti ilə seçilirlər. Oxşar kompozisiyaya
digər bölgələrdə rast gəlinsə də məhz bu rəng çalarları ilə təqdimat
xalçanın əhəmiyyətini daha da artırır. XVI-XVII əsrlərdə mövcud
olan tarixi şərait bu naxış kompozisiya həllinin Anadolu xalçaçılıq
ənənəsinə də güclü təsir göstərməsinə səbəb olmuşdur.
Bu xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Sarı yerlikli ara sahədə sürməyi rəngli böyük ölçülü göl
yerləşdirilmişdir. Gölün mərkəzində sarı və qırmızı rənglərlə işlənmiş
uzunsov, ağacabənzər daha bir həndəsi göl vardır. Kiçik ölçülü gölün
içərisini ağac, “buta” və stilizə olunmuş nəbati elementlər bəzəyir. Gö-
lün yuxarı və aşağı hissələrinin ağacabənzər hissələrində iki cüt üz-
üzə dayanmış quş təsvirləri verilmişdir. Göl açıq-sarı rəngli diliklərlə
əhatə olunub.
Sürməyi yerlikli gölün içərisi qırmızı, mavi, qəhvəyi, sarı rəngli
“buta”, üçləçəkli gül, yarpaq elementləri və bu elementləri bir-biri
ilə şəbəkəvari formada birləşdirən xətlərlə bəzədilmişdir. “Şəbəkə”
üslubu təkcə xalçaçılıq sənətində deyil, dekorativ-tətbiqi sənətin bü-
tün növlərində istifadə edilir. Xalçanın bəzək üslubu “Bəndi-rumi”
kompozisiyası əsasında qurulmuşdur. “Bəndi-rumi” hələ X əsrdə
məşhur olmuşdur. Bu kompozisiyadan xalçaçılıqda, kitabların bədii
tərtibatında, miniatürlərdə, memarlıq abidələrinin daxili və xarici
bəzəklərində və s. istifadə olunurdu. “Bəndi-rumi” kompozisiyası
1...,220,221,222,223,224,225,226,227,228,229 231,232,233,234,235,236,237,238,239,240,...362