231
müxtəlif formalarda: rombvari, altıbucaqlı və s. olur. Bu xalçada altıbu-
caqlı şəbəkə formasından istifadə olunmuşdur.
Sürməyi yerlikli göl sarı və qırmızı rəngli diliklərlə haşiyələnmişdir.
Xalçanın ara sahəsinin yuxarı və aşağı hissələrində qırmızı, mavi,
qəhvəyi, sarı rəngli “buta”, üçləçəkli gül, yarpaq elementləri və bu
elementləri bir-biri ilə şəbəkəvari formada birləşdirən xətlər işlənmişdir.
Ağ rəngli ana haşiyə qırmızı rəngli “buta” , stilizə olunmuş “quş”, “it”
və həndəsi elementlərlə bəzədilib. Bu elementlər arasında işlənmiş dal-
ğavari xətlər bir növ ardıcıllıq yaratmaq üçün tərtib edilmişdir.
Qırmızı yerlikli bala haşiyələrdə göy, sarı, qəhvəyi, narıncı rəngli
üçləçəkli güllər və incə budaqlar təsvir edilmişdir. Xalçaçılar arasında
bu haşiyə bəzəyi “həmənkömənci” adlandırılır.
Ara sahəni və haşiyələri ağ və qırmızı rəngli “siçandişi” elementləri
əhatə edir. Haşiyə qurşağının digər bəzəyi göy, qırmızı rənglərlə
işlənmiş “mədaxil”lərdir.
Xalça şux rənglərlə tərtib edilmişdir; yüksək sıxlıqla toxunmuşdur.
Sürməyi, sarı, narıncı, qırmızı rənglər daha çox işlənmişdir. Ağ rəng
haşiyə qurşağında əsas gözəçarpan rəng olmaqla bərabər, ara sahəyə
təsir göstərərək, ümumi rəng kompozisiyasını tənzimləyir. Mavi,
qəhvəyi, yaşıl rənglər isə kiçik ölçülü elementlərin tərtibatında istifadə
olunmuşdur.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,221,222,223,224,225,226,227,228,229,230 232,233,234,235,236,237,238,239,240,241,...362