228
XVIII-XIX əsrlərdə Təbriz xalçaları özünün yaradıcı cəhətdən mükəmməllik dövrünə qədəm qoymuşdur. Bu, istər naxış
kompozisiya həllinə, istərsə də toxunma texnologiyasına görə fərqli nümunələrin yaranmasına təkan vermişdir. Bu xalça
haqqında danışarkən onun bədii cəhətdən yüksək sənətkarlıqla həll olunduğunu, naxışların dəqiqliklə verildiyini qeyd
etməliyik. Bu tip xalçaların toxunuşunda bir qədər qaba iplərdən istifadə olunması onları digər xalçalardan əsaslı şəkildə
fərqləndirirdi. Belə xalçaların xovu daha hündür olurdu. Toxunduğu mühitin təbiəti və suyu bu tip xalçalara fərqli bir çalar
bəxş edirdi.
“Görəvan“ adlandırılan bu xalça “Ləçək-turunc“ kompozisiyası əsasında tərtib edilmişdir.
“Görəvan” xalçaları çox orijinal bədii tərtibata malikdir. “Ləçək-turunc” kompozisiyasına xas olan əyrixətli nəbati naxışlar
“Görəvan” xalçalarında da tətbiq edilir. Lakin zaman keçdikcə bu kompozisiyanın naxışları sərbəst xalça çeşnisinə çevril-
mişdir. Bu xalçalar kompozisiya tərtibatı ilə əlaqədar olaraq böyük ölçülərdə toxunurdu.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Zoğalı yerlikli ara sahənin yuxarı və aşağı hissələri dilikli
və düzxətli “tağ”larla bəzədilmişdir. Dilikli xətlərin kənarları göy-qırmızı rəngli kiçik dördbucaqlarla tamamlanır.
Zoğalı yerlikli ara sahənin mərkəzində sürməyi rəngli şəkkizguşəli böyük ölçülü göl yerləşdirilmişdir. Sürməyi yerlikli gö-
lün içərisində rombşəkilli nəbati element vardır. Rombun aşağı, yuxarı, sağ və sol hissəsində yerləşdirilmiş “qübbə”lər mavi-
qırmızı-ağ rənglərlə işlənmişdir. “Qübbə”lərin arasında isə içərisində çəhrayı yerlikli, mavi-ağ-qırmızı rəngli güllər işlənmiş
həndəsi element təsvir edilib. Rombvari gölün içərisində çəhrayı rəngli, nisbətən kiçik ölçülü göl, onun da mərkəzində göy
rəngli səkkizləçəkli gül yerləşdirilmişdir. Gülün mərkəzində sürməyi yerlikli həndəsi gül, gülün mərkəzində isə ağ-qırmızı
rənglərlə işlənmiş səkkizguşəli ulduz vardır.
Sürməyi rəngli böyük ölçülü gölün yuxarı və aşağı hissələrindən ara sahənin aşağı və yuxarı hissələrinə doğru yönəlmiş
sürməyi yerlikli “qübbə”lər yerləşdirilmişdir. “Qübbə”lər sarı, qırmızı, ağ, mavi rəngli həndəsi və nəbati elementlərlə
bəzədilib. “Qübbə”dən xalçaçılar, adətən, kompozisiyanın bağlayıcı elementi kimi istifadə edirlər.
1...,218,219,220,221,222,223,224,225,226,227 229,230,231,232,233,234,235,236,237,238,...362