235
Xalçanın kərpici yerlikli küncləri rombvari, kvadratşəkilli elementlərlə bəzədilmişdir. Kvadratşəkilli elementlər göy, romb-
vari elementlər isə yaşıl, sürməyi, mavi və qəhvəyi rənglərlə tərtib edilmişdir. Bu elementlərin arasındakı boşluqlar kiçik
ölçülü gül-çiçək, rombvari elementlər və stilləşmiş “balıq” motivləri ilə doldurulmuşdur.
Xalçanın ara sahəsini içərisində ağ-qırmızı, ağ- yaşıl rənglərlə işlənmiş, kiçik ölçülü çiçəklərlə bəzədilmiş sürməyi yerlikli
mədaxil əhatə edir.
Xalçanın ağ yerlikli ana haşiyəsi toxucular arasında “çayniknişan” adlandırılan motivlərlə bəzədilib. Toxucular və
sənətşünaslar arasında bu motivlər stilləşmiş “bağa” kimi də yozulur. “Bağa” motivlərinin arasındakı boşluqlarda medal-
yonlar tərtib edilmişdir.“Bağa” motivləri və medalyonlar bir-biri ilə qırmızı rəngli budaqlarla birləşir. Budaqların kənarları
sürməyi rənglə işlənib. Medalyonların içərisində qırmızı, yaşıl, sarı rənglərlə işlənmiş səkkizləçəkli güllər vardır. Haşiyədəki
“bağa” motivlərinin rəngi bəzən biraşırı, bəzən isə üzərindəki motivlərin rəngi dəyişdirilərək, xalçaya xüsusi görünüş
gətirmiş və rəng tərtibatını zənginləşdirmişdir.
Haşiyədəki kiçik ölçülü güllər haşiyənin ümumi görünüşünü tamamlayır. Ana haşiyə hər iki tərəfdən dalğavari xətlər
işlənmiş qırmızı yerlikli bala haşiyələrlə əhatə olunmuşdur. Dalğavari xətlərin arasındakı boşluqlar kiçik ölçülü rombvari
elementlərlə bəzədilib. Bu elementlərin yuxarı hissəsində buynuzabənzər çıxıntılar vardır.
Rombvari elementlər tünd və açıq-yaşıl, sarı, qəhvəyi, qara, mavi, qırmızı, moruğu, boz, ağ rənglərlə tərtib edilmişdir.
Daxildəki bala haşiyə xaricdən ağ, qırmızı rəngli cüzi nəzərə çarpan “Z”şəkilli elementlər işlənmiş, daxildən isə qırmızı, göy
dilikli mədaxillərlə əhatə olunub. Mədaxillərin kənarları qara “su”larla işlənmişdir. Eyni formalı və eyni rəngli mədaxillər
xalçanın xarici bala haşiyəsini də əhatə edir. Xalçanın kənarlarındakı ağ rəngli dördləçəkli çiçəklər işlənmiş mədaxil ara
sahəni əhatə edən mədaxillə eynidir.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Bəzi hissələrində təmir işləri aparılıb.
Xalçanın xovu yun, ərişi və arğacı pambıqdır.
1...,225,226,227,228,229,230,231,232,233,234 236,237,238,239,240,241,242,243,244,245,...362