238
Xalçanın rəng həlli və naxışları onun qaşqaylar tərəfindən toxunduğunu əyani şəkildə göstərir. Xüsusən də rənglərin
əlvanlığı və çox fərqli çalarların əldə olunması birbaşa köçəri həyatının göstəricisidir. Bu xalçanın iplərinin boyanmasında
istifadə olunan bitkilər tək bir bölgəni əhatə etmir, bir neçə bitki zolağında yetişən boyayıcı güllərin, otların, çiçəklərin rəng
çalarları ilə zənginləşir. Diqqəti çəkən məqamlardan biri də xalçada həndəsi elementlərin çoxluğu və onların xüsusi qay-
dada sıralanmasıdır. Xalçanın üç göldən ibarət olması, istər ara sahədə, istərsə də haşiyələrdə istifadə edilən elementlərin
qoruyucu və hifzedici məzmun daşıması onun yerə sərilmək və ailə üzvlərinin üzərində birgə oturması məqsədi ilə toxun-
duğunu göstərir. Xalçanın rəng çaları üzərində oturan insana xoş əhval gətirirdisə, sədd rolunu oynayan naxışlar da, sanki,
onu şər qüvvələrdən qoruyurdu. Xalçada istifadə olunan rəng ahənginə və naxış elementlərinə Şirvan, Qarabağ xalçalarında
da rast gəlinir.
Xalça “Turunclu təkgöl” kompozisiyası əsasında toxunmuşdur. Mürəkkəb naxış tərtibatına malik olan bu xalçanın bədii
quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Xalçalara bəzən el arasında “tək göl”, “cüt göl” adları verirlər. Bu ad xalçada təsvir olunan “göl”lərin sayına, yəni tək və
ya cüt olmasına görə dəyişir. Bu xalçada şaquli istiqamətdə üç göl yerləşdirildiyi üçün “tək göl” kimi də adlanır.
Qırmızı yerlikli ara sahədə sürməyi rəngli, kənarları ziqzaqvari xətli, böyük ölçülü həndəsi göl yerləşdirilmişdir. Sürməyi
yerlikdə şaquli istiqamətdə kənarları dilikli üç rombvari medalyon vardır. Medalyonların dörd tərəfində qarmaqva-
ri elementlər təsvir edilmişdir. Bu qarmaqlar medalyonları bir-biri ilə birləşdirir. İki medalyon ağ, biri isə qırmızı rənglə
tərtib edilmişdir. Ağ rəngli medalyonların içərisində qırmızı rəngli, nisbətən kiçik ölçülü rombvari medalyon, mavi rəngli
“sevgili buta” və dördləçəkli, altıləçəkli həndəsi güllər, qırmızı rəngli gölün içərisində isə mavi rəngli rombvari medal-
yon, sürməyi rəngli “sevgili buta” və dördləçəkli, altıləçəkli həndəsi güllər təsvir edilmişdir. Gölün boşluqları isə mavi, ağ,
şəkəri, sürməyi, qəhvəyi, qırmızı, sarı, narıncı, yaşıl rənglərlə işlənmiş, sağ və sol tərəfə istiqamətlənmiş “tovuzquşu”, “yar-
paq”, müxtəlif ölçülü “qarmaqlı”lar, “çoxbucaqlı”lar, “şəbəkə”, stilizə olunmuş “quş” və dörd, altı, səkkizləçəkli həndəsi
güllərlə bəzədilmişdir.
1...,228,229,230,231,232,233,234,235,236,237 239,240,241,242,243,244,245,246,247,248,...362