280
Kilim. Yun. Xovsuz. 500x190. 1900-cü il. Təbriz qrupu. Azərbaycan.
Çox kiçik elementlərlə bəzədilmiş bu tip kilimlər tünd yerliyin hesabına gözoxşayan ecazkarlıq əldə edirlər. Aid olduqları
bölgənin təbiətindəki bitkilərdən alınan rənglər hesabına onlar müxtəlif çalarları özlərində əks etdirə bilirlər. Belə naxış-
kompozisiya həlli olduqca az yayılmış və yalnız xüsusi sifarişlərlə toxunmuşdur. Xalça məmulatı olaraq, məişətdə böyük
əhəmiyyət kəsb edən kilimə tələbat çoxdur. Lakin belə mürəkkəb quruluşlu kilimlərin toxunuşu çox vaxt apardığından,
toxucular bu tip kilimlərə az müraciət edirdilər.
Kilimin bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Ara sahənin sürməyi rəngli yerliyində stilizə edilmiş nəbati elementlər mavi, şəkəri, sarı, yaşıl, qırmızı, çəhrayı rənglərlə
tərtib edilmişdir. Ara sahənin bəzəyini təşkil edən əsas elementlər stilizə edilmiş güllər və yarpaqlardır.
Kilim nadir rast gəlinən kompozisiya quruluşuna malikdir. Ənənəvi “kilim” kompozisiyalarından fərqli olaraq, bu kilimdə
“kilimgülü”, kənarları dilikli və pilləli dördbucaqlı elementlər deyil, stilizə olunmuş nəbati elementlər təsvir edilmişdir.
Nəbati elementlər ara sahədə şaquli istiqamətdə düz xətt boyunca sıralanmışdır. Ara sahəni ağ-sürməyi rəngli “mollabaşı”
elementləri əhatə edir.
1...,270,271,272,273,274,275,276,277,278,279 281,282,283,284,285,286,287,288,289,290,...362